image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-558226747_1357721279040980_4386072224329736608_n

Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir

image-legitimaz-810x90

Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir.

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü türk dünyasının siyasi qüdrətini, iqtisadi gücünü və qlobal aktor kimi sarsılmaz potensialını bir daha nümayiş etdirdi. Zirvə Görüşündə Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ortaq tarixi və etnik köklərə, müştərək milli-mənəvi dəyərlərə malik türk dünyasının böyük əməkdaşlıq platforması olan Türk Dövlətləri Təşkilatı (TDT) regional və qlobal statuslu təsisat kimi mövqeyini artırır. Daxili siyasi və iqtisadi sabitlik, geostrateji mövqe, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan imkanlar isə TDT-ni yeni güc mərkəzinə çevirir. Azərbaycanın dövlət başçısı sülh və təhlükəsizliyin hər bir ölkənin inkişafı üçün əsas amil olduğunu vurğulayaraq, təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində adıçəkilən amillərin əsas məqsəd və vəzifələr sırasında yer aldığına diqqət çəkdi. Bu xatırlatma isə təsadüfi deyildi. Dünyanın üzləşdiyi hazırkı gərginlik və çağırışlar fonunda sülh və sabitlik daha ön plana çıxır. Ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin əsas ana prinsiplərindən biri də sülh və təhlükəsizliklə bağlı idi. Cənab Prezident bu fundamental siyasi faza üzərində xüsusi dayanaraq türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi üçün iqtisadi, nəqliyyat, logistika və hərbi güc arxitekturasının möhkəmlənməsinin vacibliyinə diqqət çəkdi. Sabitliyin və təhlükəsizliyin ən mühüm prioritetlərindən biri iqtisadi potensialların səfərbər edilməsi, hərəkətverici koordinasiyaların inteqrasiyası, vahid iqtisadi-sosial mühitin formalaşdırılmasıdır.  Bu baxımdan TDT ölkələrinin nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər bölgənin logistika və enerji xəritəsini dəyişdirib, türk birliyi modelini qurmaqla bərabər, böyük transmilli layihələrin icrasına gətirib çıxarıb. TDT-də təşəbbüskar və flaqman dövlətlərdən biri kimi Azərbaycan davamlı olaraq bu təşkilatın siyasi və maliyyə dayanıqlılığına töhfələr verir, önəmli sərmayə layihələrini icra edib, qardaş dövlətlərin iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırıb, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Habelə, Azərbaycan türk dövlətlərinin ortaq maliyyə strukturu olan Türk İnvestisiya Fondunda da fəal rol oynayır, fondun maliyyə portfelinin formalaşmasında aktiv səhmdar kimi çıxış edir. Bu, Azərbaycanın sərmayədar ölkə kimi TDT-də aktiv investisiya imicini təsdiqləyir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi qitələr arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Eyni zamanda, Xəzərin ən böyük ticarət donanmasına və nəhəng logistika habına malik olan Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bu xüsusda avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi sazişin və qəbul edilən Birgə Bəyanatın ən əhəmiyyətli hədəf məqsədlərindən olan Orta Dəhlizin ən axıcı nəqliyyat sxemlərindən biri kimi nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması reallığı da türk dövlətlərinin vahid nəqliyyat sinerjisinin konseptual baxışlarını əks etdirir. Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Azərbaycan bu məqsədlərin beynəlxalq səviyyədə təmin edilməsində də fəal rol oynayır, bir çox ölkələrin enerji təhlükəsizliyində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. 14 ölkəyə təbii qaz ixracını şaxələndirməklə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir. TDT çərçivəsində müdafiə sənayesi sahəsində çoxtərəfli əməkdaşlığı genişləndirmək məramının bəyan olunması isə Türk dövlətlərinin hərbi potensialının artırılması və qarşılıqlı mübadilənin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə türk dövlətləri arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir.

İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki