image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-baku-bay

Bu gün Azərbaycanın qazandığı uğurların əsasında məhz həmin dövrdə dövlətin gənclərə verdiyi dəyərin mühüm payı vardır

image-legitimaz-810x90

Bu gün Azərbaycanın qazandığı uğurların əsasında məhz həmin dövrdə dövlətin gənclərə verdiyi dəyərin mühüm payı vardır

Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin parlaq nümunələrindən biri də 2007-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclər ili” elan olunmasıdır. Bu mühüm qərar ölkədə gənclərin sosial, iqtisadi, intellektual və mənəvi inkişafına göstərilən xüsusi diqqətin bariz ifadəsi idi. 2007-ci ilin “Gənclər ili” elan edilməsində əsas məqsəd gənclərin cəmiyyətin fəal üzvləri kimi formalaşdırılması, onların dövlət idarəçiliyində, ictimai-siyasi həyatda və sosial sahələrdə iştirakının genişləndirilməsi idi. Dövlət gəncləri yalnız gələcəyin təminatçısı deyil, həm də bu günün aparıcı qüvvəsi kimi qəbul edərək onların potensialından səmərəli istifadəni qarşıya əsas vəzifə kimi qoymuşdur.

Bu çərçivədə gənclərin təhsil imkanlarının genişləndirilməsi, məşğulluğunun təmin olunması, sağlam həyat tərzinə cəlb edilməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, yaradıcılıq və innovativ fəaliyyətlərinin stimullaşdırılması əsas istiqamətlər kimi müəyyən edilmişdir. “Gənclər ili” çərçivəsində ölkə üzrə çoxsaylı dövlət proqramları, layihələr və tədbirlər həyata keçirilmişdir. Gənclər və İdman Nazirliyi, eləcə də digər dövlət qurumları tərəfindən təhsil, mədəniyyət, idman, elm və məşğulluq sahələrində müxtəlif təşəbbüslər irəli sürülmüşdür.

Xüsusilə gənclərin beynəlxalq layihələrdə iştirakı, xaricdə təhsil imkanlarının genişləndirilməsi, gənclər təşkilatlarının fəaliyyətinin gücləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Bu addımlar gənclərin dünyagörüşünün formalaşmasına, onların müasir çağırışlara uyğun kadrlar kimi yetişməsinə böyük töhfə vermişdir.

2007-ci il gənclərin ictimai-siyasi həyatda daha fəal iştirak etdiyi bir mərhələ olmuşdur. Gənclər təşkilatlarının sayı artmış, onların fəaliyyət imkanları genişləndirilmişdir. Gənclər dövlət qurumları ilə əməkdaşlıq edərək müxtəlif sosial layihələrin həyata keçirilməsində yaxından iştirak etmişlər.

Bu proses gənclərin liderlik bacarıqlarının inkişafına, vətənpərvərlik ruhunun güclənməsinə və müstəqil dövlətçilik ideyalarına sədaqətli gənc nəslin formalaşmasına xidmət etmişdir.

2007-ci ilin “Gənclər ili” elan olunması Azərbaycanda gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu il çərçivəsində atılan addımlar sonrakı illərdə qəbul olunan dövlət proqramları və strategiyalar üçün möhkəm əsas yaratdı. Gənclərin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ölkənin sosial-iqtisadi inkişafına uzunmüddətli töhfələr verdi.

2007-ci ilin “Gənclər ili” elan olunması Azərbaycan dövlətinin gənclərə olan yüksək etimadının və qayğısının təzahürü olmaqla yanaşı, gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsində mühüm rol oynamışdır. Bu qərar gənclərin potensialının üzə çıxarılmasına, onların bilikli, vətənpərvər və müasir düşüncəli vətəndaşlar kimi formalaşmasına geniş imkanlar yaratmışdır.

 

Rəmzi Şirinov – Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki