image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-557436733_1351838679629240_1554031459988526881_n

Bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir

image-legitimaz-810x90

Bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliya və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmliyinin göstəricisidir. Bu münasibətlərin möhkəmlənməsi Prezident cənab İlham Əliyevin diplomatik liderliyi, strateji baxışı və milli maraqları ön plana çıxaran siyasəti nəticəsində əlaqələr təkcə ikitərəfli deyil, həm də regional və qlobal səviyyədə nümunəvi tərəfdaşlıq xarakteri alıb. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da artırıb. Bu layihə İtaliya ilə strateji əməkdaşlığın dərinləşməsinə, qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Xam neft və neft məh¬sullarının ixracında İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşına çevrilib.

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. Ölkələrimiz arasındakı illik ticarət dövriyyəsi hər il artmaqdadır və bu, İtaliyanın Cənubi Qafqaz regionunda əsas tərəfdaş olduğunu göstərir. İşğaldan azad edilmiş ərazilərin bərpası və infrastruktur layihələrində İtaliya şirkətlərinin iştirakı, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Mədəni əlaqələrdən danışarkən isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazım¬dır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilir. Beləliklə, iki ölkə arasında qarşılıqlı münasibətlər Avropa və Azərbaycan arasında əməkdaşlığın ən uğurlu nümunəsi kimi öz əhəmiyyətini daha da artıracaq.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki