image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-17365887964432758750_1200x630-gk6pae4tb2z730fc9ios

“Böyük Qayıdış” və Zəngilan rayonunun yeni inkişaf dövrü

image-legitimaz-810x90

“Böyük Qayıdış” və Zəngilan rayonunun yeni inkişaf dövrü.

 Azərbaycanın dövlətçilik tarixində “Böyük Qayıdış” təkcə bir proqramın adı deyil — bu,xalqımızın qürurunun, inamının və torpağa bağlılığının təntənəsidir. Ulu diyarlarımızdan biri olan Zəngilan bu qayıdışın rəmzinə çevrilib. Otuz ilə yaxın bir müddətdə düşmən işğalı altında qalan bu qədim Azərbaycan torpağı 2020-ci ilin Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə azad olundu. Həmin günlər təkcə hərbi zəfərin deyil, həm də milli oyanışın, yenidən doğuluşun başlanğıcı oldu.

Zəngilan bu gün Azərbaycanın ən sürətlə inkişaf edən bölgələrindən biridir. İşğaldan azad olunduqdan dərhal sonra dövlət səviyyəsində burada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilməyə başlandı. Təməli 2021-ci ildə qoyulan Ağalı “ağıllı kənd” layihəsi artıq “Böyük Qayıdış”ın canlı təcəssümünə çevrilib. Müasir texnologiyalarla idarə olunan bu kənddə günəş enerjisi, alternativ enerji mənbələri, “ağıllı ev” və “ağıllı təsərrüfat” sistemləri tətbiq olunub. Bu, Prezident İlham Əliyevin dediyi kimi, “Zəngilan Azərbaycanın gələcəyinin modelidir” fikrinin gerçəkliyə çevrildiyini göstərir. Hazırda Zəngilan rayonunda yeni şəhərsalma konsepsiyası reallaşdırılır. Zəngilan şəhərinin Baş planı əsasında müasir yollar, körpülər, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri, parklar və yaşayış massivləri tikilir. Rayonda Zəngilan Hava Limanının istifadəyə verilməsi regionun həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonunun dünyaya açılanhava qapısıdır. Zəngilan   təbii gözəlliyi ilə deyil, həm də strateji mövqeyi ilə mühüm əhəmiyyət daşıyır. Buradan keçəcək Zəngəzur dəhlizAzərbaycanın geosiyasi rolunu gücləndirəcək, türk dünyasının birləşməsi baxımından yeni imkanlar yaradacaq. Bu, həm regional iqtisadi inteqrasiyanın, həm də xalqlar arasında mədəni əlaqələrin dərinləşməsi deməkdir. Bu gün Zəngilanda Böyük Qayıdış artıq real həyata çevrilib. Ərazidə doğulub boya-başa çatan, amma illərlə doğma yurduna həsrətlə baxan insanlar bu torpaqlara geri dönür. Onların gözlərində həm sevinc, həm də gələcəyə inam oxunur. Dövlətin məqsədi təkcə evlər tikmək deyil —Zəngilanı yenidən həyatla, səslə, işıqla doldurmaqdır. Prezident İlham Əliyevin dediyi kimi: “Biz təkcə torpaqlarımızı azad etmədik, həm də Azərbaycan xalqının tarixi ədalətini bərpa etdik.” Bu ədalətin təcəssümü olan Zəngilan bu gün yeni dövrünü yaşayır —inkişaf, tərəqqi və rifah dövrünü. Zəngilanın bərpası və burada həyata keçirilən layihələr təkcə bir rayonun deyil, bütövlükdə Azərbaycanın gələcəyinin parlaq mənzərəsini yaradır. Bu mənzərənin əsasında Vətən sevgisi, dövlətə sədaqət və xalqın iradəsi dayanır. Zəngilan artıq təkcə xəritədə bir məkan deyil — o,Böyük Qayıdışın simvolu, milli qürurun təcəssümü və dirçəlişin parlaq nümunəsidir.

 

Zərdab şəhər Ş. Qurbanov adına 2 nömrəli tam orta məktəb Ağayeva Rüxsanə Maarif qızı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki