image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-u7axqpbfofccsbs1hlvmxyyuepmyvsef2kwdfrnu

Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır

image-legitimaz-810x90

Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır.

Azərbaycan ilə Çin arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu əməkdaşlıq qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsipləri üzərində qurulmuşdur. Çin Azərbaycanın müstəqil xarici siyasətini və regional təşəbbüslərini daim dəstəkləmişdir. Məhz bu qarşılıqlı siyasi etimad strateji tərəfdaşlığın əsasını təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı qeyd etdi ki, “Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər”.

İqtisadi müstəvidə Azərbaycan–Çin əməkdaşlığı xüsusi dinamika ilə seçilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu və siyasi sabitliyi onu Avrasiya məkanında mühüm tranzit qovşağına çevirir. Çin üçün Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxış imkanları, Azərbaycan üçün isə investisiya, texnologiya və sənaye əməkdaşlığı yeni inkişaf perspektivləri yaradır.

Strateji tərəfdaşlıq yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri, rəqəmsal texnologiyalar və yaşıl inkişaf sahələrində əməkdaşlıq iki ölkənin gələcək gündəliyində mühüm yer tutur. Xüsusilə Azərbaycanın “yaşıl enerji” strategiyası Çin şirkətlərinin təcrübəsi və maliyyə imkanları ilə uzlaşaraq qarşılıqlı faydalı sinerji yaradır.

Bu tərəfdaşlıq eyni zamanda qlobal siyasi balans kontekstində də əhəmiyyətlidir. Azərbaycan öz xarici siyasətində güc mərkəzləri arasında balansı qoruyaraq milli maraqlara əsaslanan praqmatik yanaşma nümayiş etdirir. Çinlə strateji əməkdaşlıq bu balansın mühüm komponentlərindən biri olmaqla, Azərbaycanın beynəlxalq arenada manevr imkanlarını genişləndirir və ölkənin etibarlı tərəfdaş imicini daha da gücləndirir.

Çinlə strateji tərəfdaşlıq Azərbaycan üçün təkcə bugünün uğuru deyil, uzunmüddətli inkişaf strategiyasının mühüm sütunudur. Bu əməkdaşlıq regional sabitliyə, qlobal iqtisadi inteqrasiyaya və çoxqütblü dünya nizamında ədalətli əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. Məhz buna görə də bu tərəfdaşlıq böyük əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilməli və Azərbaycanın müasir tarixində mühüm mərhələ hesab olunmalıdır.

Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki