image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-adam11

Bölgənin tarixi, elmi-arxeoloji əhəmiyyəti

image-legitimaz-810x90

Bölgənin  tarixi, elmi-arxeoloji  əhəmiyyəti.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində- Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatıb.Ağdam adının mənşəyi haqqında alimlər müxtəlif fikirlər söyləyirlər. Bəzi mənbələrə görə, Ağdam sözü qədim türk dilində “kiçik qala” deməkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə, bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün, bir növ, oriyentirə çevrilib.

Qarabağ inzibati regionuna daxil olan Ağdam şəhəri zəngin tarixə və arxeoloji abidələrə malikdir. Bölgədə XX əsrin 50-ci illərindən başlayaraq Azərbaycan və rus arxeoloqları tərəfindən silsilə arxeoloji qazıntılar aparılmışdır. Qazıntılar nəticəsində məlum oldu ki, Ağdamda insanlar hələ ibtidai icma quruluşu dövründən məskunlaşıblar. Ağdam bölgəsində müxtəlif dövrlərə aid arxeoloji qazıntılar aparılmış və burada qədim insanların izləri tapılmışdır. Bu yaşayış yerləri tunc dövründən başlayaraq orta əsrlərə qədər uzanan bir dövrü əhatə edir. Ərazidə aşkar edilmiş maddi-mədəniyyət nümunələri, keramika məmulatları və məişət əşyaları qədim insanların həyat tərzini öyrənmək üçün əsas mənbədir.Ağdam Azərbaycanın Qarabağ bölgəsində yerləşən qədim bir şəhərdir. Ağdamın arxeoloji irsi bölgənin tarixi, mədəniyyəti və keçmiş sivilizasiyaları haqqında dərin məlumatlar təqdim edir. Ağdam həm qədim yaşayış yerləri, həm də tarixi-mədəni abidələri ilə zəngindir.

Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ağdam şəhəri və ətraf kəndlər ciddi dağıntılara məruz qalmışdır. Bununla belə, son dövrlərdə bölgədə yenidənqurma işləri aparılır və tarixi irsin bərpası üçün müxtəlif layihələr həyata keçirilir.

 

Zərdab rayonu Yarməmmədbbağı kənd  sakini – Umarov Nural Bəhram oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki