image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1758699297_sddefault-1

“BMT buna görə araşdırma aparmalıdır” – Ağ Evdən irad (VİDEO)

image-legitimaz-810x90

Xəbər verdiyimiz kimi,  ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp BMT-nin mənzil qərargahına gedərkən problemlə üzləşiblər. Tramp çıxış etmək üçün konfrans zalına qalxmaq istəyərkən eskalator işləməyib. Nəticədə Ağ Ev rəhbəri və Melaniya pilləkənləri piyada qalxmalı olublar. 

“Xeberaz.info” xarici KİV-ə istinadən xəbər verir ki,  bunun fonunda Ağ Evin mətbuat katibi Caroline Levitt açıqlama yayıb.

Onun sözlərinə görə,  Birləşmiş Ştatlar BMT-ni ABŞ prezidenti Donald Tramp eskalatorda olarkən onun işləməməsi ilə bağlı araşdırma aparmağa çağırıb.

“Prezident və birinci xanım eskalatora qalxarkən BMT-də kimsə qəsdən eskalatoru dayandırıbsa, onlar işdən çıxarılmalı və dərhal araşdırılmalıdır”, – o, qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki