image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-2020-12-01-17-23-44vn4vr6jnbkz86xkjpfng_file

Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik

image-legitimaz-810x90

Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək.

Bir neçə gündən sonra Azərbaycan xalqı öz tarixinin ən şərəfli günlərindən birinin — Vətən müharibəsində qazanılmış Böyük Zəfərin beş illiyini qeyd edəcəkdir. 2020-ci ilin payızında Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək, işğal altında olan torpaqlarımızı azad etdi. Bu qələbə xalqımızın milli iradəsinin, ordumuzun gücünün və dövlətimizin siyasi uzaqgörənliyinin təntənəsi oldu.

Qazanılan bu Zəfər sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, beynəlxalq hüququn tələblərini reallaşdırdı və illərlə davam edən ədalətsizliyə son qoydu. Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu, xalqımız tarixi ədaləti bərpa etdi və böyük qürur hissi yaşadı.

Beş il əvvəl, 2020-ci ilin dekabr ayında Azərbaycan xalqı tarixi bir hadisənin – Zəfər Paradının şahidi olmuşdur. Bu möhtəşəm parad Vətən müharibəsində qazanılmış böyük qələbənin rəmzi idi. O gün Azadlıq meydanında Azərbaycan Ordusunun qüdrəti, xalqın birliyi və dövlətin gücü bütün dünyaya nümayiş etdirildi. Bu, yalnız hərbi qələbənin deyil, həm də milli iradənin, ədalətin və haqqın təntənəsi idi.

Zəfər Paradı ilə Azərbaycan xalqı 30 il işğal altında qalan torpaqlarının azad edilməsini, tarixi ədalətin bərpasını qürurla qeyd etdi. Hər bir vətəndaş üçün bu parad unudulmaz bir hadisəyə çevrildi — çünki bu qələbə minlərlə şəhidimizin qanı, xalqın səbr və inamı ilə qazanılmışdı.

2023-cü ildə Xankəndidə keçirilən Hərbi Parad isə Azərbaycanın suverenliyinin tam bərpa olunmasının simvoluna çevrildi. Artıq Azərbaycanın suveren bayrağı Qarabağın mərkəzində, Xankəndidə dalğalanırdı. Bu, dövlətimizin gücünü, ordumuzun peşəkarlığını və xalqımızın əzmini bütün dünyaya bir daha nümayiş etdirdi.

Bu il Zəfərimizin beş illiyi münasibətilə möhtəşəm Hərbi Parad təşkil ediləcəkdir. Parad zamanı Azərbaycan Ordusunun qüdrəti, müasir döyüş hazırlığı və qalib ruhu bir daha nümayiş etdiriləcək. Eyni zamanda, bu tədbir şəhidlərimizin əziz xatirəsinə hörmətin, qazilərimizin igidliyinə minnətdarlığın simvolu olacaqdır.

Beş il öncə əldə olunan Qələbə bu gün Azərbaycan dövlətinin və xalqının birlik rəmzinə çevrilmişdir. Azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işləri göstərir ki, bu Zəfər yalnız hərbi uğur deyil, həm də sülhün, yenidən dirçəlişin və gələcəyə inamın təməlidir.

Bu gün hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi olmağın qürurunu yaşayır. Tarixi Zəfərimizin beş illiyi təkcə keçmişimizin şərəfli səhifəsi deyil, eyni zamanda gələcək nəsillər üçün vətənpərvərlik, fədakarlıq və milli birliyin parlaq nümunəsidir.

Azərbaycan xalqı bu Şanlı Zəfərlə həmişə fəxr edəcək.

 

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki