Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər.
Xeberaz.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Məsələ avqustun 22-də Həştərxanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclaslarında ətraflı müzakirə olunub. Ölkəmizin mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb”, – Zaxarova bildirib.
Rusiya XİN rəsmisinin sözlərinə görə, iyulun 3, 14 və 23-də Bakı İstintaq Təcridxanasına konsulluq əməkdaşları tərəfindən Rusiya vətəndaşlarına artıq üç dəfə baş çəkilib:
“Dördüncü görüş üçün sorğu göndərilib, lakin Azərbaycan tərəfi hələlik buna razılıq verməyib. Güman edirik ki, belə razılıq alınacaq”.