Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilib.
2003-cü ildən etibarən ölkəyə rəhbərlik edən cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan bütün sahələr üzrə davamlı inkişaf yoluna qədəm qoymuşdur. Bu dövr ölkəmizin siyasi sabitliyinin möhkəmlənməsi, iqtisadi potensialının artması, sosial rifahın yüksəlməsi və beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə güclənməsi ilə xarakterizə olunur. Prezident İlham Əliyevin fəaliyyətinin əsasını güclü dövlət quruculuğu və dayanıqlı inkişaf strategiyası təşkil edir. Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirərək onu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmişdir. Aparılan islahatlar nəticəsində dövlət idarəetmə sistemi təkmilləşdirilmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. İqtisadi sahədə əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi dövrünün ən mühüm göstəricilərindəndir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ölkənin maliyyə imkanları xeyli genişlənmişdir. Neft strategiyasının uğurla həyata keçirilməsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat və logistika sahələrində reallaşdırılan layihələr iqtisadiyyatın şaxələndirilməsinə xidmət etmişdir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən regional inkişaf proqramları ölkənin bütün bölgələrinin sosial-iqtisadi tərəqqisinə güclü təkan vermişdir. Yeni yollar, körpülər, elektrik stansiyaları, su və qaz xətləri inşa olunmuş, minlərlə sosial və infrastruktur layihəsi icra edilmişdir. Bu proqramlar regionlar arasında inkişaf fərqlərinin azalmasına və əhalinin həyat şəraitinin yaxşılaşmasına mühüm töhfə vermişdir. Sosial siyasət Prezident İlham Əliyevin fəaliyyətində xüsusi yer tutur. Əhalinin sosial rifahının yüksəldilməsi, aztəminatlı təbəqələrin müdafiəsi, əməkhaqlarının və pensiyaların mütəmadi artırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Təhsil və səhiyyə sahələrində aparılan islahatlar, yeni məktəblərin və tibb müəssisələrinin tikintisi insan kapitalının inkişafına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə elm, təhsil və innovasiya sahələrində də mühüm nailiyyətlər əldə olunmuşdur. Müasir təhsil infrastrukturu yaradılmış, gənclərin xaricdə təhsil proqramları həyata keçirilmişdir. Yüksək texnologiyalar sahəsinin inkişafı, o cümlədən Azərbaycanın kosmik ölkəyə çevrilməsi dövlətin intellektual potensialının artdığını göstərir. Xarici siyasət sahəsində Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə səbəb olmuşdur. Ölkəmiz müstəqil və balanslaşdırılmış xarici siyasət kursu yürüdərək beynəlxalq təşkilatlarda fəal iştirak etmiş, regional və qlobal təşəbbüslərlə çıxış etmişdir. Azərbaycan etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınmışdır. Prezident cənab İlham Əliyevin ən böyük tarixi nailiyyətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və sonrakı proseslər nəticəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. “Böyük Qayıdış” proqramı çərçivəsində bu ərazilərdə müasir yaşayış məntəqələri salınır, infrastruktur qurulur və həyat yenidən canlandırılır.
Zərdab Rayon ağsaqqalı-Babək Əliyev.




















