image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1726644260

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur

image-legitimaz-810x90

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur.

Prezident cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamı suverenlimizin tam bərpasının əbədiləşdirilməsidir. Prezident cənab İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli  «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə» Sərəncamına uyğun olaraq 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən bu mühüm qərar ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Suverenliyimizin bərpasından iki il ötür. Hər bir tarixi gün keçilən yolun neçə çətin və şərəfli olduğunu göstərir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində  torpaqlarımız separatçılardan təmizləndi və suverenliyimiz bərpa edildi.

Prezident cənab İlham Əliyev 2023-cü ilin oktyabr ayında Xankəndi şəhərinə, Tərtər, Şuşa, Xocalı, Xocavənd, Ağdam və Füzuli rayonlarına səfər etdi. Səfər çərçivəsində  Müzəffər Ali Baş Komandan  Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Bayrağını ucaltdı. Xankəndidən xalqa müraciətində bildirdi ki, düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim: «Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik.» Azərbaycan 30 il dünyadan ədalət gözlədi, amma sonda  ədaləti özü bərpa etdi. Üçrəngli Bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması tarixi Zəfərimizin rəmzidir. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, fədakarlıq göstərdi ki, bu gün bütün dünyada Azərbaycana qibtə edir. Çünki ölkəmiz  öz haqqını danışıqlar yolu ilə, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdi. Şəhərlərimiz, kəndlərimiz azad edildi. Bütün Azərbaycan xalqı 44 gündə  bir yumruq kimi birləşdi. Bu yumruq həm gücümüzün, həm də birliyimizin rəmzi oldu.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki