image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1766743374597116802_1200x630

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir

image-legitimaz-810x90

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir.

 

Prezident cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı bir daha təsdiq etdi ki, Azərbaycanda idman təkcə yarış və medallarla ölçülən sahə deyil, milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Dövlət başçısının çıxışında səsləndirilən faktlar, statistik göstəricilər və strateji yanaşmalar idmanın ölkənin sosial, siyasi, ideoloji və beynəlxalq mövqelərinə necə təsir etdiyini aydın şəkildə ortaya qoyur.

2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal qazanmaqla rekord göstəriciyə imza atıblar. Bu dinamika təsadüfi deyil. Prezidentin də vurğuladığı kimi, medalların sayının ildən-ilə artması idmanın inkişafına yönəlmiş ardıcıl və sistemli dövlət siyasətinin məntiqi nəticəsidir. Burada əsas məqam ondan ibarətdir ki, idman sahəsində əldə edilən nailiyyətlər epizodik təşəbbüslərin deyil, uzunmüddətli strateji planlamanın məhsuludur. Azərbaycanda idmanın inkişafının dövlət siyasəti səviyyəsinə qaldırılması infrastrukturun faktiki olaraq sıfırdan qurulması ilə müşayiət olunub. Bu gün ölkənin demək olar ki, bütün bölgələrində müasir idman obyektləri fəaliyyət göstərir. Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu cür komplekslərin sayı 46-ya çatdırılıb. Bu fakt regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, idmanın kütləviləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Mərkəzçilikdən uzaq, balanslaşdırılmış idman siyasəti gənclərin potensialının üzə çıxarılmasına geniş imkanlar yaradır. Bütün bu faktlar göstərir ki, Azərbaycan idmanı artıq təkcə idman sahəsi deyil, milli güc, beynəlxalq imic və strateji inkişaf alətidir. Dövlət siyasətinin ardıcıllığı bu sahədə əldə edilən uğurların davamlı olacağını deməyə əsas verir.

 

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki