image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1765431936-pashinyan

“Azərbaycana təklif edirəm ki, bu iki mövzunu bağlayaq” – Paşinyan

image-legitimaz-810x90

“Qarabağlı ermənilərimizə demişəm ki, onların qayıdışı real deyil”. 

“Xeberaz.info” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyada jurnalistlərlə söhbətində deyib.

O, Azərbaycana paralel şəkildə Qarabağ ermənilərinin qayıdışı və azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələlərini bağlamağı təklif edib: “Mən indi Azərbaycana açıq və ictimai bir təklif vermək istəyirəm. Çünki onların bu mövzularda nə qədər problemləri varsa, bizim də problemlərimiz var. Təklif edirəm ki, bu iki mövzunu paralel bağlamaq üçün birgə yol xəritəsi qəbul edək. Mən də qarabağlılarımıza demişəm ki, onların qayıdışı real deyil. Əgər biz qayıdış gündəmini davam etdirsək, bu o deməkdir ki, Qarabağ hərəkatını yenidən başlayırıq. Qarabağ hərəkatı bitdi, onu başlamaq cəhdləri də faydasızdır

İndi mən birbaşa təklif edirəm: gəlin oturaq və bu mövzunu gündəmdən necə çıxara biləcəyimizə dair yol xəritəsi hazırlayaq, çünki bu mövzunun çıxarılması uzunmüddətli strateji mənada istənilən münaqişə vəziyyətini tamamilə aradan qaldırmaq deməkdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki