image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-6785d6b717fd7d12cf3fd53cc5c7f62d

Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır

image-legitimaz-810x90

Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır

Azərbaycanı Qarabağ Zəfərinə aparan yolda 2016-cı ilin Aprel döyüşləri nəticəsində Cəbrayıl rayonunun azad edilən Cocuq Mərcanlı kəndində və Lələtəpə yüksəkliyində dalğalanan üçrəngli bayrağımız bu yolun başlanğıcı idisə, 2018-ci ildəki uğurlu Günnüt əməliyyatı və 2020-ci ilin iyulundakı Tovuz döyüşləri onun davamı oldu. İşğalçı Ermənistanın təxribatlarının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində düşmənə sarsıdıcı zərbə endirilərək onun mənfur niyyətinin qarşısı qətiyyətlə alındı. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə edərək əvvəlcə Azərbaycan Milli Ordusunun mövqelərini atəşə tutdu və sonra hücuma keçməyə cəhd göstərdi. Görülən adekvat tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alındı və onlar geri oturuldu. Həmin döyüşlərdə üç hərbçimiz şəhid oldu, beş nəfər isə yaralandı. Ermənistan ordusunun şəxsi heyəti isə çoxsaylı itki verdi. İyulun 13-nə keçən gecə Ermənistan hərbi birləşmələri Tovuz istiqamətində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlar, qumbaraatanlar, snayper tüfəngləri, minaatanlar və digər artilleriya qurğularından istifadə etməklə Ordumuzun mövqelərinə yenidən atəş açdı. Düşmənin növbəti təxribatlarına qarşı qoşunlarımız tərəfindən sərt cavab tədbirləri görüldü. Elə həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan atəşə tutdu. Bu dəfə qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri həyata keçirildi. Ermənistan silahlı qüvvələrinin bir neçə hərbi obyekti və texnikası, həmçinin atəş mövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu dəqiq atəşlə darmadağın edildi. İyulun 14-də erməni silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlar və artilleriya qurğularından fasiləsiz atəşə tutdu. Məhz həmin gün gedən döyüşlər zamanı müdafiənin ön xəttində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də beş hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı.

Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra xalqımız üçün həlledici olan haqq savaşı başladı. Sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatı keçirən rəşadətli Milli Ordumuz 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan ölkəmizə qarşı hərbi təxribatlarını davam etdirirdi. Bunun qarşını almaq üçün 2023-cü il sentyabrın 19–20-də hərb tariximizin daha bir parlaq səhifəsini təşkil edən uğurlu lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Yüksək peşəkarlıq və qətiyyət nümayiş etdirərək Azərbaycan Milli Ordusu bir neçə saat ərzində Qarabağda qanunsuz silahlı birləşmələrin, terrorçuların və separatçı rejimin mövcudluğuna son qoydu. Dövlətimizin ərazi bütövliyi daxilində suverenliyimiz təmin edildi.

Gülamayə Bədəlova- Dəli Quşçu kənd tam orta  ümumtəhsil məktəbin direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki