image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-568390527_1369914131155028_1325299049767664281_n

Azərbaycan və Qazaxıstan arasında humanitar əməkdaşlıq da prioritet sahələrdən biridir

image-legitimaz-810x90

Azərbaycan və Qazaxıstan arasında humanitar əməkdaşlıq da prioritet sahələrdən biridir

Oktyabrın 20-də Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər zamanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, regional sabitlik və Cənubi Qafqazda sülhün inkişafı, həmçinin iqtisadi-ticari və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub. Bu səfər, həmçinin qarşılıqlı anlaşma və etimadın daha da dərinləşdirilməsinə, regional geosiyasi dinamikanın gücləndirilməsinə yönəlmiş mühüm addım hesab olunur.

Azərbaycan və Qazaxıstan xalqlarını əsrlər boyu formalaşmış mənəvi, mədəni və tarixi bağlar birləşdirir. Bu ortaq dəyərlər qarşılıqlı etimadın, əməkdaşlığın və regional əməkdaşlıq platformalarının inkişafında mühüm rol oynayır. Xüsusilə işğal dövründə dost dövlətin Azərbaycanın haqq işinə verdiyi dəstək, beynəlxalq platformalarda həmrəylik nümayiş etdirməsi iki qardaş ölkə arasında əlaqələrin strateji mahiyyətini ortaya qoyur və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradır.

Görüşlərdə iqtisadi əməkdaşlığın genişləndirilməsi və ticari əlaqələrin artırılması məsələlərinə diqqət yetirilib. Azərbaycan ərazisində və regionda həyata keçirilən nəqliyyat-logistika layihələri, xüsusən Orta Dəhliz və Zəngəzur Dəhlizi Asiya ilə Avropa arasında ticarət əlaqələrini gücləndirməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiyanın iqtisadi inteqrasiyasına mühüm töhfə verir. Bu layihələr, həmçinin regional inkişafın təşviqi, tranzit imkanlarının artırılması və beynəlxalq əlaqələrin daha səmərəli həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Azərbaycan və Qazaxıstan arasında humanitar əməkdaşlıq da prioritet sahələrdən biridir. Füzuli şəhərində açılışı baş tutan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu ölkənin dövlət başçısı Kasım-Jomart Tokayevin dəstəyi ilə yaradılıb. Bu mərkəz həm uşaqların təhsil və inkişafını təmin edir, həm də qardaşlıq və dostluğun konkret nümunəsi kimi çıxış edir. Hər bir layihə və infrastruktur təşəbbüsü iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı etimadın göstəricisidir. Mətbuata bəyanatında dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər.

Görüşlərin nəticəsi olaraq bir sıra strateji sənədlər imzalanıb. Ali Dövlətlərarası Şura və Hökumətlərarası Komissiya çərçivəsində qəbul olunan qərarlar, energetika, sənaye, rəqəmsal inkişaf, nəqliyyat və digər sahələrdə imzalanan ikitərəfli sənədlər əməkdaşlığın bütün istiqamətlərini əhatə edir. Bu sənədlər həm iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə, həm də regional layihələrin icrasına stimul verir, gələcəkdə daha genişmiqyaslı əməkdaşlığın reallaşdırılması üçün zəmin yaradır.

 

Babək Əliyev – Zərdab şəhər sakini, rayon ağsaqqalı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki