image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-584504297_1391340559012385_8461680378751988193_n

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır

image-legitimaz-810x90

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır.

Prezident cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində həm ölkəmiz, həm də regionumuzla bağlı olduqca vacib məqamlara toxunub. Cənab Prezident müsahibəsində son illər Azərbaycan və Mərkəzi Asiya ölkələrinin artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırılır. Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Cənab Prezident qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Xəzər dənizi ölkələrimizi fiziki olaraq ayırsa da, əslində, mühüm birləşdirici amildir. Belə ki, bu gün Xəzər sadəcə coğrafi anlayış deyil, eləcə də xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Ölkələrimizi bu coğrafiya ilə yanaşı, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.

Cənab Prezident Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakının əhəmiyyətindən bəhs edib. Mərkəzi Asiya son illər regionlararası əməkdaşlığın və strateji dialoqun mərkəzinə çevrilib. Ənənəvi olaraq qlobal güclərin kəsişmə nöqtəsində yerləşən bu bölgə XXI əsrin yeni geosiyasi reallıqları fonunda özünün müstəqil regional inteqrasiya modelini formalaşdırmağa başlamışdır. Bu prosesin mühüm mərhələlərindən biri Daşkənd şəhərində keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşüdür. Görüş region dövlətləri arasında həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində əməkdaşlığın yeni mərhələyə keçməsini təmin edən vacib platforma kimi çıxış edir. Mərkəzi Asiyanın ən sürətlə inkişaf edən dövləti olan Özbəkistanın Azərbaycanla olan sıx münasibətləri əldə olunan müsbət nəticələr hər iki ölkənin uğurudur Dövlətlərarası münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlarda üzvlük çərcivəsində qarşılıqlı fəaliyyət, hər iki ölkənin bir-birinin mövqeyini dəstəkləməsi dostluğun göstəricisidi. Cənab Prezidentin müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi, strateji xarakterini özündə ehtiva edir.

Gülağa İgəndərov – Zərdab Rayon Təhsil Sektorunun müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki