image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-577026984_1385035222976252_5632060064943449486_n

Azərbaycan torpaqlarının işğalı

image-legitimaz-810x90

Azərbaycan torpaqlarının işğalı

Bu gün çoxəsrlik tariximizin şərəfli səhifələrindən olan müqəddəs Vətən müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümünü qeyd edirik. Hər bir əlamətdar tarix keçilən yolu, ən əsası həmin hadisənin yaşanmasını şərtləndirən amilləri təhlil etməyi bir zərurət kimi qarşıya qoyur. Tarixi Zəfərimizin yaratdığı reallıqları düzgün dəyərləndirmək üçün Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasətinə qısa nəzər salaq. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər bizə qarşı erməni təxribatları bir an belə olsun səngiməyib. Vətənsiz erməni toplumu məskunlaşdığı ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, əksəriyyət təşkil etdiyi əzəli yurd yerlərimizdən azərbaycanlıları sıxışdırıb çıxarmışlar. Erməni qəsbkarları 1905-1907-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda ümumiyyətlə, soydaşlarımızın yaşadıqları bütün ərazilərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara misli görünməmiş işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Təkcə 1988-ci ildə deportasiya olunmuş azərbaycanlı əhalinin sayı 500 min nəfərə yaxın idi. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərimizin, şəhərlərimizin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

Reallıq budur ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayaraq burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi. 2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən keçmiş təmas xəttində mütəmadi olaraq atəşkəsin pozulması İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin , xalqımızın səbir kasasının dolmasına səbəb oldu.Tarixi saxtalaşdırmaq isə qeyri-mümkündür. Yalan təbliğata əsaslanan siyasətin ömrü uzun ola bilməz. Azərbaycanın 200 il davam edən ədalətsizliyə 44 gün davam edən Vətən müharibəsində son qoyması bunun bariz nümunəsidir. Qəhrəman Azərbaycan xalqı və onun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordusu sübut etdi ki, gec-tez ədalət zəfər çalır. Bu gün işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin təqdimatıdır. Çünki ermənilər bu torpaqlardan Azərbaycan xalqının izlərini silmək üçün bütün tarixi və mədəni abidələrimizi yerlə-yeksan etsələr də bunun mümkünsüzlüyünün şahidinə çevrildilər. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki