Ermənistan qanunsuz və əsassız ərazi iddialarının reallaşdırıması məqsədilə 1991-ci ilin sonu – 1992-ci ilin əvvəlində Azərbaycana qarşı tam miqyaslı müharibəyə başlamışdır. Nəticədə, Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdir. Müharibə nəticəsində on minlərlə insan həyatını itirmiş, şəhərlər, qəsəbələr və kəndlər dağıdılmışdır. Bütün işğal olunmuş ərazilərdə 700 mindən çox azərbaycanlı etnik təmizləyə məruz qalmışdır. Həmçinin, 1980-ci illərin sonunda Ermənistanda vaxtı ilə sayı yarım milyon olmuş və həmin dövrə təxminən 250 000 qalmış azərbaycanlı da öz əzəli torpaqlarından vəhşicəsinə qovuldu. Ermənistanın hərbi təcavüzü respublikanın 17 min kv.km ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 150 000 evin, 7000 ictimai binanın, 693 məktəbin, 855 uşaq bağçasının, 695 tibb müəssisələrinin, 927 kitabxananın, 44 məbədin, 9 məscidin, 473 tarixi abidələr, saraylar və muzeylərin, 40 000 muzey eksponatlarının, 6000 sənaye və kənd təsərrüfatı müəssisələrinin, 2670 km avtomobil yollarının, 160 körpünün, sistemlərinin dağıdılmasına səbəb olmuşdur. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada dörd milyon altı yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir. İlkin vaxtlarda 700 min nəfər məcburi köçkün 1600-dan çox sıx məskunlaşma obyektində, o cümlədən fin tipli qəsəbələrdə, ictimai binalarda, yataqxanalarda, yeraltı qazmalarda, təhsil müəssisələrində, tikintisi yarımçıq qalmış binalarda, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında və s. yerlərdə müvəqqəti məskunlaşmışdır. Ali Baş Komandan İlham Əliyev və Bizim qəhrəman Azərbaycan ordusunun səyi nəticəsində bizim torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı.
Zərdab Gənclər evinin dərnək rəhbəri – Şamil Babayev























