image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-597850399_1407904224022685_1240288962166757767_n

Azərbaycan–Slovakiya Münasibətləri: Strateji Dialoqdan Praktik Tərəfdaşlığa Doğru

image-legitimaz-810x90

Azərbaycan–Slovakiya Münasibətləri: Strateji Dialoqdan Praktik Tərəfdaşlığa Doğru

Azərbaycan və Slovakiya arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edən, qarşılıqlı etimad, qarşılıqlı fayda və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanan çoxşaxəli tərəfdaşlıq modelidir. Coğrafi olaraq Avropanın mərkəzi ilə Qafqaz arasında yerləşən bu iki ölkəni yalnız siyasi dialoq deyil, həm də iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi, humanitar sahələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq birləşdirir.

Azərbaycan–Slovakiya diplomatik münasibətləri 1993-cü ildə quruldu. Bu tarixdən başlayaraq əlaqələr mərhələli inkişaf yoluna qədəm qoydu. Slovakiyanın Avropa İttifaqına və NATO-ya üzv olması, Azərbaycanın isə regionda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi bu münasibətlərə yeni strateji kontekst qazandırdı.

Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə – ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığına – xüsusi önəm verir ki, bu da siyasi dialoqun təməlini formalaşdırır.

Slovakiya Azərbaycan üçün Avropa İttifaqında tərəfdaş ölkələrdən biridir. İki ölkə arasında yüksək səviyyəli səfərlər siyasi münasibətlərin əsas istiqamətlərini müəyyən edir. Tərəflər:enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, Avropa İttifaqı – Azərbaycan tərəfdaşlığı, regional təhlükəsizlik məsələləri
üzrə daim məsləhətləşmələr aparır. Slovakiya Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır və regionda kommunikasiyaların açılmasını, iqtisadi inteqrasiyanı dəstəkləyir.

Azərbaycan və Slovakiya iqtisadi baxımdan bir-birini tamamlayan ölkələrdir. Slovakiya yüksək texnologiyalar, maşınqayırma, avtomobil sənayesi, enerji avadanlıqları sahələrində qabaqcıl təcrübəyə malikdir. Azərbaycan isə öz enerji resursları, nəqliyyat-logistika imkanları və geniş regional bazara çıxışı ilə Avropanın perspektivli tərəfdaşıdır.

İki ölkə arasında iqtisadi əlaqələr hökumətlərarası iqtisadi komissiyanın iclasları çərçivəsində koordinasiya olunur. Bu komissiya yeni layihələrin formalaşması, biznes nümayəndələrinin qarşılıqlı səfərləri və investisiya təşviqi baxımından mühüm platformadır.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki