image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20251209-wa0088

AZƏRBAYCAN-SLOVAKİYA ƏLAQƏLƏRİ ÇOX UĞURLA İNKİŞAF EDİB

image-legitimaz-810x90

AZƏRBAYCAN-SLOVAKİYA ƏLAQƏLƏRİ ÇOX UĞURLA İNKİŞAF EDİB.

Müstəqil siyasət yürüdən Azərbaycanın regional, eləcə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri siyasi iradəsinin göstəricisidir. Azərbaycanın bir çox dünya dövlətləri ilə qurduğu münasibətlər qarşılıqlı etimada əsaslanır. Müasir dünyamızda bir çox dövlətlərlə yanaşı, Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək qərarların, sənədlərin qəbul edilməsinə diqqət ayırır. Ötən illər ərzində Azərbaycan-Slovakiya əlaqələri çox uğurla inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir, Azərbaycan-Slovakiya münasibətləri əsasən, hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Belə ki, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edildi. Siyasi münasibətlərin daha da möhkəmləndirilməsinin bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtləndiyini nəzərə alan tərəflər ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin arzuolunan səviyyədə inkişaf etdirilməsini son dərəcə vacib bilirlər. Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. Slovakiya Respublikası Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu yüksək qiymətləndirir, son illərdə ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Azərbaycan Respublikası Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Ümumilikdə, Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar böyük nəticələrin əldə olunacağına əsas verir. Bu səfər onu göstərdi ki, rəsmi Bratislava Cənubi Qafqazın ən ararıcı və resrektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Bratislava diplomatiyası təkcə iki ölkənin qarşılıqlı münasibətlərinin deyil, bütövlükdə Avropadakı geosiyasi balansın mühüm məqamlarından birinə çevrildi. Cənab Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə birgə bəyanatı Azərbaycan diplomatiyasının hansı səviyyəyə yüksəldiyini, Avropa qitəsində Azərbaycanın sözünün hansı çəkidə olduğunu bir daha nümayiş etdirdi. Bu bəyanat həm siyasi siqnalların yönü, həm də Azərbaycanın öz strateji maraqlarını açıq və dəqiq ifadə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bratislava görüşü göstərdi ki, Azərbaycan artıq regiondaxili deyil, Avropa miqyasında proseslərə təsir edən aktordur.
Cənab Prezident İlham Əliyevin Slovakiyanın müstəqil qərarlarına verdiyi yüksək dəyər siyasi səviyyədə xüsusi əhəmiyyət daşıyır. Siz müstəqil siyasət aparırsınız, çətinliklərlə üzləşsəniz də yolunuzdan dönmürsünüz. Bu, Avropa daxilində siyasi təzyiq və ideoloji bloklaşmalar fonunda Slovakiyaya verilən açıq dəstəkdir. Azərbaycan bu bəyanatla göstərir ki, Bakı Avropada müstəqil qərar qəbul edən tərəfdaşlara yüksək hörmətlə yanaşır. Slovakiya ilə münasibətləri yalnız iqtisadi maraqlarla deyil, siyasi dəyərlərlə qiymətləndirir və iki ölkənin əməkdaşlığı qarşılıqlı suverenliyə əsaslanır. Bütün tərəfdaşlarla suverenlik və bərabərlik əsasında əməkdaşlıq Azərbaycan diplomatiyasının ən mühüm xəttidir. Bratislava bəyanatı Azərbaycanın Avropadakı yeni siyasi mövqeyini təsdiqlədi. 8 dekabr bəyanatı təkcə iki ölkə arasında sənədlərin müzakirəsi deyildi. Bu, Azərbaycanın Avropaya verdiyi strateji mesaj idi. Cənab Prezident İlham Əliyevin Bratislava çıxışı Azərbaycanın qlobal siyasətdə artan çəkisinin və strateji vizionunun daha bir təsdiqi oldu. Bu bəyanat həm də göstərdi ki, Azərbaycan diplomatiyası regional təsirdən qlobal təsirə doğru yüksəlişini davam etdirir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki