image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-thumb

Azərbaycan Silahlı Qüvvələri hazırda özününən qüdrətli mərhələsini yaşayır

image-legitimaz-810x90

Azərbaycan Silahlı Qüvvələri hazırda özününən qüdrətli mərhələsini yaşayır

Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.
Təbii ki, antiterror əməliyyatı üzrə planda nəzərdə tutulan tapşırıqların icrasının qısa zamanda təmin olunmasında komandir və əsgər heyətinin peşəkarlığı və əvvəlki döyüş əməliyyatlarında qazanılan təcrübə böyük rol oynadı. Xankəndi şəhərinin həm qərbdən, həm də şərqdən dövrələnərək mühasirəyə alınması düşmənin müqavimət gücünü azaltdı və separatçıların döyüş əzmini tamamilə qırdı. Ərazidəki qanunsuz silahlı qruplaşmalara məxsus bütün hərbi infrastruktur obyektlərinə, atəş və döyüş mövqelərinə eyni anda və qarşılıqlı əlaqə şəraitində güclü zərbələr endirilməsi düşmən qüvvələri arasında şok effekti yaratdı.
Ordumuz düşmənə başını qaldırmağa imkan vermədi. Milli Ordu bölmələrinin 13 istiqamətdə irəliləyərək güclü və dəqiq atəşlər açması Ermənistan silahlı birləşmələrinin qalıqlarının komandanlığını və separatçı rejimin rəhbərliyini çaş-baş qoydu. İdarəetməni itirən, əlavə güc və qüvvə cəlb etməyə imkan tapmayan düşmən qüvvələri Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirildi və ya silah-texnikasını ataraq qaçmağa məcbur oldu.
Prezident, Ali Baş Komandan İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dediyi bu sözlər antiterror tədbirlərinin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir: “Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar…
Əməliyyat hərb elmi nöqteyi-nəzərindən də çox uğurlu idi. Şuşa əməliyyatına oxşar bir əməliyyat idi. Əlbəttə, Şuşa əməliyyatı xüsusi peşəkarlıq tələb edən əməliyyat idi, amma bu da çox uğurlu idi. Yəni, bütün vəzifələr yerinə yetirildi və beləliklə, separatçılığa son qoyuldu”.
Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Son illər şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri hazırda özünün ən qüdrətli mərhələsini yaşayır. Bu yolda mühüm yer tutan antiterror əməliyyatları Vətən müharibəsindəki böyük Qələbənin, möhtəşəm Zəfərin davamı kimi tariximizə əbədi yazılıb.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki