image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-557730281_1357721262374315_6231433554615281645_n

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır

image-legitimaz-810x90

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır

Qəbələ Zirvəsində Türk dövlətləri arasında iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi, Türk Dövlətləri Təşkilatının institusional imkanlarının artırılması və üzv ölkələr arasında strateji koordinasiyanın təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Dövlət başçıları Türk dövlətlərinin qlobal iqtisadi və siyasi sistemdə vahid mövqedən çıxış etməsinin, qarşılıqlı dəstək və birgə inkişaf prinsipinin qorunmasının əhəmiyyətini vurğulamışlar. Toplantı zamanı qəbul edilən qərarlar Türk dünyasının regional sabitlik və beynəlxalq təhlükəsizlik sistemindəki rolunun daha da möhkəmlənməsinə xidmət edir.

Prezident cənab İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının siyasi, iqtisadi və mədəni potensialının reallaşdırılmasının zəruriliyini qeyd etmiş, bu birliyin sülh, sabitlik və inkişafın təmin edilməsində mühüm rol oynadığını vurğulamışdır: “Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”. Prezident cənab İlham Əliyev, həmçinin qeyd etmişdir: “Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”. Beləliklə, Zirvə görüşünün sonunda qəbul edilən Qəbələ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin strateji əsaslarını müəyyən edən mühüm sənəddir. Bəyannamədə üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya təşviqi, nəqliyyat və enerji layihələrinin birgə icrası, rəqəmsal transformasiya, eləcə də humanitar əməkdaşlığın dərinləşdirilməsi istiqamətləri təsbit olunmuşdur. Qəbələ Bəyannaməsi Türk dünyasının vahid siyasi iradəsini, qarşılıqlı etimad və həmrəylik prinsipini təsdiq etməklə yanaşı, təşkilatın qlobal səviyyədə mühüm strateji aktor kimi mövqeyini daha da möhkəmləndirmişdir.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki