Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti ,mənəviyyatının güzgüsüdür.Hər millətin inkişafında ən mühüm varlıq və yaşama amili olan dilin istisna rolu vardır.
Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini dövlətçiliyin əsas məsələsi kimi diqqət mərkəzində saxlamış və totalitar ideologiyanin təzyiqi altında Heydər Əliyev böyük qətiyyətlə Azərbaycan dilini dövlət dili kimi inkişaf konturlarını müəyyənləşdirmişdir.
Tarixdə özünün yeri olan , xüsusi missiyalar yerinə yetirmək qüdrətinə malik olan ümummilli lider Heydər Əliyev dahi şəxsiyyət , dünyaşöhrətli siyasətçidir.
Azərbaycan bütün dünyada təmsil edən Heydər Əliyevin mühüm fəaliyyəti nəticəsində Azərbaycan dili rəsmi tədbirlərdə rəsmi dil kimi inkişaf etdirilmişdir.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması ,habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Heydər Əliyevin dil siyasəti , onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.
Rüstəmova Aliya – Zərdab rayonu Əlibəyli kənd R.Rza adına tam orta məktəbin müəllimi



















