image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-581673789_1390687559077685_3535246253869436629_n

Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır

image-legitimaz-810x90

Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyi UzA-ya verdiyi müsahibədə ölkələrarası əlaqələrin strateji əhəmiyyətini, regiondakı əməkdaşlıq potensialını və gələcək perspektivləri əhatəli şəkildə şərh etdi. Bu müsahibə, xüsusilə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın qarşılıqlı strateji əlaqələrinin güclənməsi baxımından mühüm mesajlar ehtiva edir.  Prezident Əliyev vurğulayır ki, Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ziyarətlər və siyasi dialoq son dövrlərdə intensivləşib. O, şəxsən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə dostluq münasibətlərinin əlaqələrin dərinləşməsində əsas amillərdən biri olduğunu qeyd edir. Hər iki xalq Orta Asiya–Qafqaz mədəni arealının mühüm hissələridir və tarix boyu siyasi, iqtisadi, mədəni əlaqələr saxlayıblar. Müstəqillik dövründə isə tarixi bağlar daha da möhkəmlənib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Özbəkistanın görkəmli dövlət xadimi İslam Kərimov ölkələr arasında münasibətlərin əsas strateji xəttini müəyyən ediblər. Bu xətt bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan və Özbəkistanın siyasi münasibətləri qarşılıqlı etimada, dostluğa və hörmət prinsiplərinə söykənir. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya, humanitar əməkdaşlıqdan regional təhlükəsizlik məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər, Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan münasibətləri son illərdə xüsusi dinamizm qazanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər, birgə imzalanan sənədlər və yaradılan institusional mexanizmlər strateji əməkdaşlığın əsas dayaqlarını formalaşdırıb. Belə yüksək səviyyəli qarşılıqlı ziyarətlər, strateji tərəfdaşlıq ideyasını praktiki əməkdaşlığa çevirir. Prezident deyir ki, qarşılıqlı etimad və dostluq, qarşılıqlı anlaşmanı gücləndirir. Bu müsahibədə iqtisadi-ticari əlaqələr xüsusilə vurğulanıb. 2024-cü ildə ölkələrarası ticarət 252 milyon ABŞ dolları olub  və 2025-ci ilin yanvar-sentyabr dövründə isə bu rəqəm 319 milyon dollara çatıb-bu, keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 % artım deməkdir. Sərmayə sahəsində də əhəmiyyətli irəliləyiş var: Özbək investorlarının Azərbaycanda, eləcə də Azərbaycan sərmayəçilərinin Özbəkistandakı iştirakı aktivləşib. Azərbaycan Prezidenti qeyd edib ki, yüngül sənayenin inkişafı üçün yeni imkanlar açan, ənənəvi dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirən birgə müəssisə – Xankəndidə tikiş fabriki xüsusilə diqqətəlayiqdir: “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Artıq mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır. Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur.

 

İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki