image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-aazer_badamov908

Azərbaycan müharibəni hərbi siyasi yolla həll etdi

image-legitimaz-810x90

Azərbaycan müharibəni hərbi siyasi yolla həll etdi

1993-cü ildə isə ölkədə baş verən siyasi hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması, ölkənin məhv olmaq təhlükəsi ilə üz-üzə qalması ermənilərin hərbi təcavüzlərinin gücləndirilməsinə daha da şərait yaradır. Belə bir ağır vəziyyətdə xalqın qurtuluşu dahi siyasətçi, müdrik dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin ölkənin və xalqın imdadına çatması, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı təkcə ölkənin, xalqın, millətin deyil, ümumilikdə, Ermənistan-Azərbaycan münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili-xarici siyasət aparmaq, ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşması, iqtisadiyyatın bərpası, köklü idarəçilik islahatlarının hayata keçirilməsi, ölkənin yaxın onilliklər ərzində inkişafını təmin edəcək starteji neft islahatının aparılması və millətin bir amal-azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsinə vəsilə oldu.

Artıq Azərbaycan Ordusu nəyə qadir olduğunu sübut etmişdi, Heydər Əliyevin siyasəti, rəhbərliyi özünü göstərməyə başlayırdı. Bu onu göstərir ki, azərbaycanlılar işğalla heç zaman barışmayacaq. Ulu Öndərin 1993-2003-cü illər ərzində apardığı beynəlxalq siyasət artıq dünyanın bu münaqişəyə münasibətini dəyişdirmişdir. Lakin erməni təxribatları dayanmırdı. 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri erməniləri Azərbaycan Ordusunun gücünü, qüvvətini bir daha nümayiş etdirdi. Artıq ölkədə yeni əsrin yeni lideri İlham Əliyevin rəhbərliyi ilə daha güclü müasir silah sursatla təmin edilmiş nizami ordu yeni qələbələr üçün Ali Baş Komandanın əmrinə müntəzir idi. Belə bir gün 2020-ci il 27 sentyabr tarixində Azərbaycan xalqının səbr kasasına son qoymuş hərbi təxribat zamanı baş verdi. Ermənistan Silahlı qüvvələri təkcə cəbhəboyu Azərbaycan Silahlı qüvvələrinin mövqelərini deyil, həm də dinc yaşayış məntəqələrini – Tərtər, Ağdam, Füzuli, Mingəçevir, Bərdə, Gəncə, Cəbrayıl, Goranboy, Naftalan rayonlarını artilleriya atəşinə tutdular. Nəticədə hərbi qulluqçularla yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu və cənab Ali Baş Komandan dərhal bütün cəbhəboyu əks- hücüma keçmək əmri verdi. Azərbaycan Ordusu 1990-cı illərin əvvəllərindən baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad edərək 30 illik niskilə son qoydu. Azərbaycanın Mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı. 44 günlük müharibədə 2908 Azərbaycan hərbiçisi şəhid oldu, mindən çox əsgər yaralandı, 6 nəfər itkin düşdü. Azərbaycan müharibəni hərbi siyasi yolla həll etdi. Sentyabrın 27-də başlanan əks hücum əməliyyatı nəticəsində 9 noyabradək 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və 99 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, Mincivcan, Ağbənd, Bartaz qəsəbələrini və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strareji yüksəklik, Zəngilanda Bartaz Siğırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad edildi. Vətən müharibəsindən sonraki 20 gün ərzində 3 rayon – noyabırın 20-də Ağdam, noyabrn 25-də Kəlbəcər, dekabrın 1-də Laçın Azərbaycana təhvil verildi.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki