image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-557410089_1351838466295928_5497691814760688933_n

Azərbaycan-İtaliya münasibətləri

image-legitimaz-810x90

Azərbaycan-İtaliya münasibətləri

Azərbaycan və İtaliya arasında münasibətlər son illərdə, sadəcə, ikitərəfli əlaqələr çərçivəsində deyil, həm də regional və qlobal müstəvidə strateji əməkdaşlıq modelinə çevrilib. Azərbaycan və İtaliya prezidentlərinin son görüşləri, imzalanmış sənədlər və həyata keçirilən layihələr göstərir ki, tərəflər münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdırlar. Azərbaycan-İtaliya diplomatik münasibətlərin həqiqi inkişafı Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə İtaliyaya etdiyi səfərdən sonra başlayıb. Bu ənənə Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasət kursu ilə davam etdirilib. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış çoxsaylı sənədlər münasibətlərin dinamikasına yeni təkan verib. Təkcə 2020-ci ilin fevralında Romada imzalanmış sazişlərin siyasi, iqtisadi, mədəni və hərbi sahələri əhatə etməsi bunun bariz nümunəsidir. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana ikinci rəsmi səfəri isə dialoqun davamlılığını və siyasi iradənin sabitliyini bir daha nümayiş etdirdi.

Azərbaycanın enerji diplomatiyası ilə İtaliyanın bazar imkanlarının və Avropadakı mövqeyinin üst-üstə düşməsi ikitərəfli əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Bu gün Azərbaycan qazı İtaliya vasitəsilə Avropanın 14 ölkəsinə ixrac olunur. 2024-cü ildə ölkələr arasındakı ticarət dövriyyəsi yüksək səviyyədə olması Azərbaycanın əsas xarici tərəfdaşı kimi məhz İtaliyanı önə çıxarıb. İtaliya Azərbaycanın neft balansında birinci, qaz balansında isə ikinci yerdədir. Bu göstəricilər təkcə iqtisadi maraqların deyil, həm də qarşılıqlı etimadın nəticəsidir. Azərbaycanın qaz ixracını yaxın illərdə 20 milyard kubmetrə qədər artırmaq planı isə əməkdaşlığın miqyasını daha da böyüdəcək. İtaliya şirkətləri Azərbaycanın sənaye və infrastruktur layihələrində aktiv iştirak edir. Sumqayıt Kimya Sənaye Parkında ortaq müəssisənin yaradılması, istilik elektrik stansiyalarının bərpası, işğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd” və sənaye parklarının qurulmasında İtaliya təcrübəsinin tətbiqi ikitərəfli əməkdaşlığın yeni istiqamətləridir. Bu fəaliyyət təkcə iqtisadi mənfəət deyil, həm də texnoloji təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir. Azərbaycan-İtaliya münasibətləri ikitərəfli əməkdaşlıq çərçivəsini çoxdan üstələyib. Bu tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinə, Cənubi Qafqazda sabitliyə və beynəlxalq iqtisadi inteqrasiyaya əhəmiyyətli töhfə verir. Görünən odur ki, enerji diplomatiyası ilə başlayan əlaqələr bu gün təhsil, humanitar sahə, sənaye və texnologiya sahələrində də güclənərək daha dayanıqlı xarakter alıb. Azərbaycan və İtaliya strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirməklə həm ikitərəfli, həm də qlobal miqyasda nümunəvi əməkdaşlıq modelini formalaşdırır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki