image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-568215202_1369914221155019_6783977087424445220_n

Azərbaycan ilə Qazaxıstanı birləşdirən mənəvi və mədəni dəyərlər münasibətlərin əsas dayağıdır

image-legitimaz-810x90

Azərbaycan ilə Qazaxıstanı birləşdirən mənəvi və mədəni dəyərlər münasibətlərin əsas dayağıdır

Son illərdə Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələr sürətlə genişlənib. Astanada keçirilən Hökumətlərarası Komissiyanın iclası əmtəə dövriyyəsinin artdığını və Birgə İnvestisiya Fondunun aktiv fəaliyyətə başladığını göstərdi.

2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat və Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasındakı çıxışı iki qardaş ölkə arasında strateji münasibətlərin dərinləşməsini, Türk dünyasında əməkdaşlığın daha da güclənməsini nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Avrasiya məkanında formalaşan yeni siyasi və iqtisadi reallıqlar baxımından mühüm mesajlar verdi.

Prezident İlham Əliyev çıxışında Qazaxıstanın dinamik inkişafını, dövlət idarəçiliyində və texnoloji sahədə həyata keçirilən islahatları yüksək qiymətləndirdi. Onun sözlərinə görə, Prezident Kasım-Jomart Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstan müasir texnologiyaların, xüsusilə süni intellektin tətbiqi sahəsində böyük uğurlar əldə edib, ölkə modernləşmə və iqtisadi dayanıqlıq istiqamətində ardıcıl irəliləyir.

Ölkə başçısının qeyd etdiyi kimi, bu, təkcə Qazaxıstanın uğuru deyil, həm də Türk dünyasının və bütövlükdə Mərkəzi Asiyanın inkişaf potensialını nümayiş etdirən nümunədir. İlham Əliyevin vurğuladığı kimi, bu dəyişikliklər “Qazaxıstanın modernləşmə yolunda inamla irəlilədiyini” və beynəlxalq aləmdə güclənən nüfuzunu əks etdirir.

Azərbaycanla Qazaxıstan arasında əlaqələr tarixi köklərə, mənəvi yaxınlığa və qarşılıqlı hörmətə əsaslanır. Prezident İlham Əliyevin sözləri ilə, Qazaxıstan “bütün dünyada etibarlı tərəfdaş, öz milli maraqları çərçivəsində siyasət aparan, eyni zamanda sadiq dost” dövlət kimi qəbul olunur.

Azərbaycan üçün bu münasibət təkcə diplomatik tərəfdaşlıq deyil, həm də sınaqlardan çıxmış qardaşlıq nümunəsidir. İşğal illərində Qazaxıstan Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyib, ədalətin bərpası istiqamətində prinsipial mövqe nümayiş etdirib. Məhz bu mənəvi həmrəylik bu gün də siyasi münasibətlərin əsasını təşkil edir.

Prezident İlham Əliyev bəyanatında Azərbaycan–Ermənistan sülh prosesinə Qazaxıstanın münasibətini xüsusi vurğuladı. 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə paraflanmış sülh sazişindən dərhal sonra Qazaxıstan rəhbərliyinin göstərdiyi diqqət və dəstək “qardaş münasibətin təzahürü” kimi qiymətləndirildi.

Ən diqqətçəkən məqamlardan biri də Azərbaycanın Ermənistana qarşı tranzit məhdudiyyətlərini aradan qaldırması oldu. İlk tranzit məhz Qazaxıstanın Ermənistana göndərdiyi taxıl yükü ilə reallaşdı. Prezident İlham Əliyev bunu “sülhün kağız üzərində deyil, praktikada tətbiqinin göstəricisi” adlandırdı. Bu addım regionda iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın artdığını nümayiş etdirir.

Azərbaycan ilə Qazaxıstanı birləşdirən mənəvi və mədəni dəyərlər münasibətlərin əsas dayağıdır. Prezident İlham Əliyev qeyd etdi ki, iki xalqı “ümumi köklər, mənəvi və mədəni ortaq dəyərlər” birləşdirir. Bu bünövrə üzərində formalaşan dövlətlərarası əlaqələr son illərdə intensiv inkişaf edir.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam orta ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki