image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-582434660_1390687469077694_7963269665584339467_n

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək – müttəfiqlik səviyyəsindədir

image-legitimaz-810x90

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək – müttəfiqlik səviyyəsindədir.

Dövlətimizin başçısı Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə qeyd etdi  ki, Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə və 2025–2029-cu illəri əhatə edən “Yol Xəritəsi” iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə yüksəldən əhəmiyyətli sənədlərdir. Bu sənədlər qısa müddətdə görülən böyük işlərin və tərəfdaşlığın dərinləşməsinin göstəricisidir. Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Dövlət başçısı fürsətdən istifadə edərək qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Xüsusilə Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisi bölgə üçün böyük əhəmiyyətə malik olduğunu söyləyib. Cənab Prezident qeyd edib ki, Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Şavkat Mirziyoyev isə dünyada bu təşəbbüslə çıxış edən ilk lider olub. Bu addım xalqlarımız arasında sarsılmaz həmrəyliyin, dostluğun və qardaşlığın ən parlaq nümunəsidir.  Azərbaycan və Özbəkistan əməkdaşlığı təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verməkdədirlər. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər qurumlar çərçivəsində də sıx koordinasiya iki ölkə arasında strateji həmrəyliyi daha da gücləndirir. Prezident cənab İlham Əliyev vurğulayıb ki, iqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur. Bu gün ölkəmizdə təxminən 120 Özbəkistan investisiyalı şirkət fəaliyyət göstərir və sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurlu layihələr həyata keçirir. Belə ki, 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib, 2025-ci ilin ilk doqquz ayında isə bu rəqəm ötən illə müqayisədə 87,5 faiz artaraq 319 milyon dollara yüksəlib. Dövlətlərimiz arasında sərmayə əməkdaşlığı da güclənməkdədir. Özbəkistanın Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayə 21,8 milyon dollar, Azərbaycanın isə Özbəkistan iqtisadiyyatına sərmayələri 183,5 milyon dollar təşkil edir. 2023-cü ildə 500 milyon dollarlıq ümumi kapitala malik Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması çox mühüm addımdır. Prezident cənab İlham Əliyev bildirib ki, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat və logistika infrastrukturunun inkişafıdır. O, Azərbaycan və Özbəkistanın Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda əsas tərəfdaş olduğunu qeyd edib. Azərbaycanın müasir nəqliyyat infrastrukturu – Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, geniş ticarət donanması və doqquz beynəlxalq hava limanı – ölkənin regional və qlobal nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirir. Bununla belə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya üçün yeni imkanlar yaradacaq.

 

Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki