image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Azərbaycan gənclərə yönəlik siyasətində bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb

image-legitimaz-810x90

Azərbaycan gənclərə yönəlik siyasətində bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb

Gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Liderimiz Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə  həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına, zəngin elmi potensialın yaradılmasına, onların dünyagörüşü və intelektual səviyyələırinin artırılmasına və vətənpərvərlik ruhunun artırılmasına xidmət edib. Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə hər zaman önəm verərək deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və idman Nazirliyi yaradıldı. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlərin həyata keçirilməsinə başlanıldı. Aparılan siyasətin davamı olaraq Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq məqsədilə 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən 2 fevral 1996-cı il tarixdə Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. I Forumda gənclərin sosial problemləri, təhsili, məşğulluğu, dövlət idarəçiliyində iştirakı və perspektiv inkişaf istiqamətləri üzrə geniş müzakirələr aparıldı və mustəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələr müəyyənləşdirildi. 1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibəti ilə gəncləri qəbul edən Ulu Öndər 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi barədə Sərəncam imzaladı. Bununla da Azərbaycan gəncləri dövlət səviyyəsində bayram günü olan nadir ölkələrdən birinə çevrildi. Ölkəmizdə gənclər siyasətinə verilmiş yüksək dəyərin təzahürü olaraq həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə, gənclərin forumları isə mütəmadi olaraq keçirilməyə başladı.  Görülən işlərin davamı olaraq 1999-cu ildə  Azərbaycan gənclərinin II, 2003-cü il ildə III forumu keçirildi. Bu toplantılarda  I forumdan ötən dövr ərzində görülmüş işlər qiymətləndirildi Gənclərə Azərbaycançılıq məfkurəsinin aşılanması yolları müəyyənləşdirildi. 2003-cü ildən sonrakı dövrdə cənab Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Prezident cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji xətti müasir çağırışlara uyğun şəkildə davam etdirərək gənclərin hərtərəfli inkişafını təmin edən kompleks proqramlar həyata keçirir.

 

Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki