Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir.
İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. Təşkilat 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin – Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “ECO günü” kimi qeyd olunur. Təşkilatın kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında ECO BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.Ölkəmiz tarixi baxımdan qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa – quruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb. Azərbaycan İƏT-ə üzv ölkələrlə əməkdaşlığın inkişafını daim diqqətdə saxlayır. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı çıxışlarının birində deyir: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.
Şübhəsiz ki, bu tədbir də Azərbaycanın yüksək səviyyədə həyata keçirdiyi tədbirlərdən biri olacaq. Sammit göstərəcək ki, Qarabağ artıq münaqişə zonası deyil, sülh, dayanıqlı inkişaf və iqtisadi əməkdaşlıq üçün bir platformadır. Və ən əsası, burada milyonların taleyinə təsir edəcək qərarlar qəbul olunacaq.
ECO-nun Xankəndidə keçirilən 17-ci Zirvə görüşünün nəticələri haqqında danışarkən 3 əsas amili qeyd etmək lazımdır. Birinci ECO regional təşkilatdan qlobal siyasətə əsaslı təsir edə biləcək quruma çevrilir. İkinci, bu transformasiyada Azərbaycanın rolu danılmazdır və ölkəmiz Cənubi Qafqazda liderliyini təsdiq etdi. Üçüncü, Azərbaycanın sülhə, mehriban qonşuluğa, iqtisadi və siyasi əməkdaşlığa yönəlmiş siyasəti üzv dövlətlər tərəfindən birmənalı olaraq dəstəklənir. Azərbaycan gələcəyi üçün iqtisadi inkişaf və siyasi zəmanəti təmin edir. Təşkilat qlobal təhdidlərə cavab verəcək imkana malik olan gücə çevrilir.
Ehtiram Osmanov Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı