Azərbaycan bayrağı Xudafərin körpüsündə dalğalanır.
Azərbaycan memarlıq abidəsi olan Xudafərin körpüsü XI əsrə aid abidədir. Körpü Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı dağılmış və sonradan yenidən bərpa edilmişdir. Xudafərin körpüsünün bir hissəsi dövrümüzədək gəlib çatmışdır.
II Qarabağ müharibəsində Azərbaycan Respublikasının Milli ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində 04.10.2020-ci il tarixdə Cəbrayıl şəhəri işğaldan azad olundu. II Qarabağ müharibəsində Azərbaycanın böyük qələbəsindən sonra 2020-ci ilin noyabrın 16-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırmışdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Qarabağda parlaq qələbələrə imza atan müzəffər ordumuz bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 4-ü tariximizə daha bir şanlı tarix kimi qeyd olundu.
Nahidə Əzizli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi