image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilhamali-bmt

ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi

image-legitimaz-810x90

1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi.

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olun-muşdur. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizlənmələrə məruz qalmışdır. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıq bir dövrdə, dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Münaqişənin nizama salınması üçün aparılan danışıqlarda da təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkməmişdir. Digər tərəfdən isə, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törətmişdir. Bununla yanaşı, keçən dövr ərzində ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən dövlətlər “ikili standartlar” prinsipindən çıxış edərək, münaqişənin ədalətli həll olunmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Bundan əlavə, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdir.

Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalı lmuşdur. Yəni, problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Eyni zamanda, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqləmişdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə -822, 853, 874, 884, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsas yaratmışdır. 30 il davam edən işğala gözyuman beynəlxalq təşkilatların qəbul edyit sənədlərə əsasən Azərbaycan dövləti 27 sentyabr 2020-ci ildə Ermənistan Respublikasının ölkəmizə qarşı növbəti hərbi təxribatana cavab verdi. Azərbaycan Respublikası Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə formalaşan, yüksək mənəvi dəyərlərə sahib vətənpərvər Azərbaycan gənci tarixi missiyanı şərəflə yerinə yetirdi, Azərbaycanın Respublikasının ərazi bütövlüyü bərpa edildi. Qazandığımız bu parlaq Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki