image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-557730281_1357721262374315_6231433554615281645_n

Atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi

image-legitimaz-810x90

Atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.

Azərbaycan, Türk Dövlətləri Təşkilatının fəal üzvü kimi, regionda sülhün və sabitliyin təmin olunmasına daim töhfə verir. 2020-ci ildə Vətən müharibəsində əldə edilən Qələbədən sonra Azərbaycan regionda yeni reallıqlar yaradaraq sülh, əməkdaşlıq və inkişaf üçün geniş imkanlar formalaşdırmışdır. Bu baxımdan, TDT çərçivəsində aparılan müzakirələr, qəbul edilən qərarlar və imzalanan sənədlər bölgədə dayanıqlı sülhün bərqərar olmasına yönəlmişdir. Ötən il Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsi Türk dünyasının birliyinin, həmrəyliyinin və sülhə sadiqliyinin bariz təzahürüdür. Bu sənəd, Türk dövlətlərinin regional təhlükəsizlik sistemində birgə fəaliyyətini gücləndirmək, siyasi, iqtisadi və humanitar əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır. Qarabağ Bəyannaməsi həm də Türk dünyasının gələcək inkişafı üçün strateji istiqamətləri müəyyən edən mühüm siyasi sənəd kimi tarixə düşmüşdür. Bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusu da təsadüfi deyil. Bu mövzu, müasir dövrdə qarşıya çıxan çağırışlar fonunda Türk Dövlətlərinin vahid mövqedən çıxış etməsinin, ümumi maraqlar əsasında birləşməsinin və bir-birinə dəstək göstərməsinin vacibliyini ön plana çıxarır. Birliyin əsas məqsədi regionda dayanıqlı sabitliyi təmin etmək, iqtisadi və sosial inkişaf üçün əlverişli mühit formalaşdırmaqdır. Türk Dövlətləri Təşkilatının fəaliyyət prinsipləri qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas normalarına əsaslanır. Bu prinsiplər təşkilatın sülhsevər xarakterini və təhlükəsizlik sahəsində oynadığı müsbət rolu bir daha təsdiqləyir. TDT çərçivəsində həyata keçirilən layihələr, müdafiə və təhlükəsizlik sahəsində təcrübə mübadiləsi, habelə fövqəladə hallarla mübarizə istiqamətində birgə təşəbbüslər üzv dövlətlərin təhlükəsizlik potensialını gücləndirir. Həmçinin, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi regional təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfə verir.Türk dövlətlərinin birliyi, yalnız iqtisadi və mədəni sahələrdə deyil, həm də sülh və təhlükəsizlik məsələlərində birgə mövqedən çıxış etməklə regionda sabitliyin qorunmasına xidmət edir. Bu birliyin möhkəmlənməsi həm Türk dünyasının, həm də bütövlükdə Avrasiya məkanının təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir.

 

Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki