image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1725642812_1659532749_thumb600x0

Antiterror əməliyyatı ilə əsası 1923-cü ildə qoyulan “Dağlıq Qarabağ Muxtar Vilayəti”nə son qoyulub

image-legitimaz-810x90

Antiterror əməliyyatı ilə əsası 1923-cü ildə qoyulan “Dağlıq Qarabağ Muxtar Vilayəti”nə son qoyulub

Belə bir günün təsis edilməsi gələcək nəsillər, dövlətçiliyimiz üçün əhəmiyyətlidir. Dövlət başçısı göstərdi ki, Azərbaycan dövləti müstəqil olsa da, suveren deyildi. Həmin suverenliyi cənab Prezidentimiz İlham Əliyev qurdu. Millətimizin indiki və gələcək nəsillərinə necə yaşamağın düsturunu, formulunu cənab Prezidentimiz  İlham Əliyev göstərdi. Ona görə də Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir.

Azərbaycan 1918-ci ildə 1920-ci ilə qədər müstəqil fəaliyyət göstərib. 1920-ci ilin aprelində XI Qızıl Ordu Azərbaycanın müstəqilliyinə son qoyub və Azərbaycan 70 il ərzində SSRİ-nin tərkibində olub. Onu da qeyd etmək lazımdır ki, 1923-cü ildə Sovet dövlətinin təkidi ilə Azərbaycan ərazisində “Dağlıq Qarabağ Muxtar Vilayəti” adında qurum yaradıldı. Əslində, bu qurum separatçı və Azərbaycan dövlətinə düşmən idi. 70 illik sovet dönəmində bu qurum həmişə Azərbaycan dövlətinə qarşı əlindən gələni edib, separatçı mövqeyi ilə seçilib və Ermənistana birləşmək üçün hər bir qüvvələrlə əl bir olub. 1991-ci ildə SSRİ dağılıb, müttəfiq dövlətlər müstəqil respublikalara çevrilərkən Azərbaycan ərazisində Qarabağ erməniləri Ermənistandan kömək alaraq Azərbaycandan ayrılmaq qərarına gəlib torpaqlarımızı işğal etdi. Nəhayət 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə düşmən darmadağın edildi və Azərbaycan torpaqlarının böyük hissəsi işğaldan azad edildi. Amma Xankəndi də daxil olmaqla separatçı qüvvələr güc topladılar və Azərbaycan qanunlarına tabe olmaqdan imtina etdilər. 2023-cü ilin sentyabrın 20-də Azərbaycan antiterror əməliyyatına başladı. Separatçı yuvası olan Xankəndi başda olmaqla bütün əraziləri düşmən qüvvələrindən azad etdik. 1923-cü ildə bünövrəsi qoyulan “Dağlıq Qarabağ Muxtar Vilayəti” tarixdən silindi.

Cənab Prezidentin Suverenlik Günü ilə əlaqədar sərəncamı suverenliyi təsdiq edən sənəddir. Azərbaycan suveren dövlət kimi fəaliyyətə başladı. Beləliliklə, bayrağımız bütün ərazilərimizdə dalğalanmağa başladı.Təsadüfi deyil ki, 2024-cü ilin fevralında Prezident seçkisi, sentyabrın 1-də isə Parlament seçkisi bütün ərazilərimizdə qanunvericiliyimizə uyğun həyata keçirilir. Prezidentin bu sərəncamı tarixidir. Azərbaycanın suverenliyini təsdiq edən və təsbit edən sənəddir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki