Ağsuda gənc oğlan həmkəndlisinə xəsarət yetirib.
Xeberaz.info-nun məlumatına görə, hadisə gecə saatlarında qeydə alınıb. 21 yaşlı Murad Muradov aralarında yaranmış mübahisə zəmnində 33 yaşlı Ağamir Əkbərliyə şüşə qırıntısı ilə ağır xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan baş vermiş hadisə ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırma aparılır.


























