image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ollsjq4tgmd8pnjumvhe3fi17gpzz6nd75mnyjgd_1200

2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd

image-legitimaz-810x90

2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd

Azərbaycan-Avropa İttifaqı əlaqələri yeni mərhələyə qədəm qoyub. Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri perspektivlərin təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı hörmət və maraq prinsipləri əsasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəldilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər ikitərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayır. Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci ildə  “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması  tərəflərin qarşılıqlı hörmətə, bərabər səviyyəli əməkdaşlığa əsaslanan əməkdaşlığın inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirdi. Həmin sənəddə yer alan ən mühüm məqamlardan biri  tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə olunması idi. Azərbaycan, həmçinin Avropa İttifaqına üzv ölkələrlə də münasibətlərin inkişafına böyük önəm verir. Azərbaycanın İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması bunun əyani göstəricisidir.

Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında “Cənab Prezident, Sizi qəbul etməkdən çox məmnunam. Ötən il iki dəfə görüşmüşük və çox yaxşı müzakirələrimiz olub. Yadınızdadırsa, mən Sizi Azərbaycana səfərə dəvət etdim. Dəvətimi qəbul etdiyinizə görə minnətdaram. Biz Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, o, xüsusən də indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik” söylədi və diqqəti bəzi bəzi iqtisadi göstəricilərə yönəltdi. Vurğuladı ki,  bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olan Azərbaycanın təşəbbüsü ilə Cənub Qaz Dəhlizi layihəsinin reallığa çevrilməsi şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsi kimi də tarixə düşdü. Azərbaycan Avropa üçün yeganə  enerji mənbəyidir.

 

 

Əsgərxan İsazadə – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki