image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-muhariba

2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən möhtəşəm dönüş nöqtəsi oldu

image-legitimaz-810x90

2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən möhtəşəm dönüş nöqtəsi oldu

 

8 Noyabr – Zəfər Gününün tacı olan Şuşa, artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də suverenliyin və dövlət müdrikliyinin rəmzi kimi dünya siyasi xəritəsində öz yerini tutub. 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən möhtəşəm dönüş nöqtəsi oldu. Bu hadisə, dövlətin siyasi iradəsinin, hərbi qüdrətinin və xalq-lider birliyinin parlaq təntənəsi idi. Şuşanın azadlığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” siyasətinin zirvə nöqtəsini təşkil etdi. Şuşa bu gün artıq yalnız bir şəhər deyil – Azərbaycan diplomatiyasının, region siyasətinin və milli kimliyimizin ideoloji dayağıdır. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya etdiyi hər səfəri sadəcə rəsmi hadisə kimi deyil, siyasi manifest kimi reallaşdırır. 2021-ci ilin yanvarında dövlət başçısının Şuşaya ilk səfəri – orada üçrəngli bayrağımızın ucaldılması Azərbaycanın yeni dövrünün başlanğıcı idi. Cənab Prezidentin həmin səfərdə dediyi “Bu bayraq burada əbədi dalğalanacaq” sözləri, həm siyasi, həm də mənəvi baxımdan strateji mesaj idi. Bu bəyanat təkcə erməni separatizminə yox, həm də regiondakı bütün qüvvələrə ünvanlanmış yeni geosiyasi gerçəklik elanıdır.

Son illərdə Şuşa beynəlxalq tədbirlərin, yüksək səviyyəli zirvə görüşlərinin keçirildiyi mühüm diplomatik məkana çevrilib. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, Qlobal Media Forumu, Türk Mədəniyyəti və İrsi Fondunun toplantıları, uŞuşa Bəyannaməsinin imzalanması kimi hadisələr bir daha göstərdi ki, bu qədim şəhər Azərbaycanın yeni diplomatik strategiyasının mərkəzinə çevrilib. 2021-ci il iyunun 15-də cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi yalnız iki qardaş ölkə arasında deyil, həm də bütün türk dünyasında yeni siyasi dövrün başlanğıcı oldu. Bu sənəd müttəfiqlik münasibətlərinin institusional əsasını qoydu, regionda güc balansını Azərbaycanın xeyrinə dəyişdi. Şuşada keçirilən III Qlobal Media Forumu isə Azərbaycanın informasiya müstəvisində oynadığı aparıcı rolu nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev forumda çıxışı zamanı müasir media, süni intellekt, dezinformasiya və qlobal təhlükəsizlik məsələlərinə dair verdiyi strateji mesajlarla göstərdi ki, Azərbaycan təkcə regional deyil, qlobal diskussiyaların fəal iştirakçısıdır. Şuşa bu mənada həm dövlət ağlının, həm də müasir düşüncənin mərkəzinə çevrildi.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqüddə olan müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki