image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-556851476_1351911076288667_7656246588376476971_n

2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir

image-legitimaz-810x90

2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir.

2025-ci ilin Sentyabrın 30-da Bakıda Prezident cənab İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış etdilər. Bu görüş təkcə diplomatik protokolun ifadəsi deyil, eyni zamanda, Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin və yeni əməkdaşlıq üfüqlərinin açılmasının təsdiqi kimi dəyərləndirilə bilər. Səsləndirilən bəyanatlarda hər iki ölkənin strateji tərəfdaşlığının tarixi və bugünkü reallıqlar tam əksini tapıb. Prezident cənab İlham Əliyev vurğuladı ki, İtaliya ilə münasibətlər xüsusi bir inkişaf yoluna qədəm qoyub. İtaliya Prezidenti Mattarellanın Azərbaycan ikinci dəfə səfər etməsi onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.

2015-ci ildə imzalanmış ilk strateji tərəfdaşlıq sənədi, ardınca isə 2018-ci ildə qəbul edilən Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə siyasi əlaqələrin institusional çərçivəsini müəyyənləşdirdi. Bu gün həmin sənədlər kağız üzərində qalmamış, praktiki əməkdaşlıqda özünü doğrultmuşdur. Elə TAP layihəsi də siyasi iradənin nəticəsidir. Azərbaycan-İtaliya əməkdaşlığının ən mühüm simvollarından biri Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsidir. Prezident cənab İlham Əliyev qeyd etdi: “Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi”. Bu addım bir daha göstərdi ki, siyasi iradə iqtisadi layihələrin taleyində həlledici rol oynayır. 2020-ci ildən etibarən Azərbaycan qazı TAP vasitəsilə İtaliyaya ixrac olunmağa başladı və bu gün Cənub Qaz Dəhlizi 14 ölkəyə enerji resursları çatdırır. Azərbaycan-İtaliya münasibətləri xüsusilə enerji sahəsində özünü qabarıq göstərir. İtaliya hazırda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Neft və qaz ixracı sahəsində əldə olunmuş uğurlar yalnız iqtisadi maraqların təminatı deyil, həm də qarşılıqlı etimada əsaslanan siyasi tərəfdaşlığın nəticəsidir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın nefti İtaliyanın neft balansında birinci, qazı isə ikinci yerdə qərarlaşıb. Bu fakt özü-özlüyündə münasibətlərin miqyasını göstərir.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki