image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-615488784_1433033734843067_3429367225683786650_n

20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur

image-legitimaz-810x90

20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur.

 İçməli su və suvarma layihələri hər zaman dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olmuşdur. Bu sahə insanların gündəlik həyatına, sağlamlığına, sosial rifahına və ölkənin ümumi inkişafına birbaşa təsir göstərdiyi üçün daim cəmiyyətin diqqət mərkəzində olmuşdur. Uzun illər ərzində içməli su çatışmazlığı, köhnəlmiş infrastruktur, kanalizasiya sistemlərinin olmaması və ya qeyri-kafi vəziyyətdə olması əhalini narahat edən ən ciddi problemlərdən biri idi. Lakin son illərdə həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində bu problemlər tədricən öz həllini tapmışdır.

Bu gün ölkəmizin əksər şəhər və rayonlarında içməli su və kanalizasiya layihələri uğurla icra edilmişdir. Müasir texnologiyalara əsaslanan bu layihələr suyun keyfiyyətinin yüksəldilməsinə, fasiləsiz və dayanıqlı su təchizatının təmin olunmasına imkan yaratmışdır. Xüsusilə regionlarda həyata keçirilən layihələr nəticəsində minlərlə insan ilk dəfə olaraq keyfiyyətli içməli su ilə təmin edilmişdir. Bu proses mərhələli şəkildə davam etdirilir və gələcək illərdə daha geniş əraziləri əhatə edəcəyi planlaşdırılır. Son 20 il ərzində ölkədə su ehtiyatlarının səmərəli idarə olunması məqsədilə dörd böyük su anbarı inşa edilmişdir. Bu su anbarlarının ümumi tutumu 500 milyon kubmetrdən artıqdır ki, bu da ölkənin su təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Su anbarlarının tikintisi həm içməli su təminatının yaxşılaşdırılmasına, həm də kənd təsərrüfatında suvarma imkanlarının genişləndirilməsinə xidmət etmişdir. Eyni zamanda bu anbarlar daşqın və quraqlıq risklərinin azaldılmasında da mühüm əhəmiyyət kəsb edir. İnşa edilən su anbarları arasında “Taxtakörpü” və “Şəmkirçay” su anbarları xüsusi yer tutur. Bu strateji əhəmiyyətli layihələr həyata keçirilməsəydi, bu gün həm paytaxt Bakının, həm də ölkənin qərb bölgələrinin su təchizatında ciddi çətinliklər yarana bilərdi. Xüsusilə “Taxtakörpü” su anbarının istifadəyə verilməsi Bakının içməli su təminatında mühüm dönüş nöqtəsi olmuşdur. Bu su anbarı Samur çayının sularının tənzimlənməsinə və həmin suların “Ceyranbatan” su anbarına yönəldilməsinə imkan vermişdir. Nəticədə paytaxt üçün etibarlı və uzunmüddətli su ehtiyatı formalaşdırılmışdır. “Ceyranbatan” su anbarı da əsaslı şəkildə yenidən qurulmuşdur. Burada köhnə infrastrukturlar tamamilə yenilənmiş, müasir standartlara cavab verən yeni təmizləyici qurğular kompleksi inşa edilmişdir. Bu qurğular vasitəsilə suyun təmizlənməsi prosesi daha effektiv və təhlükəsiz şəkildə həyata keçirilir. Yenidənqurma işləri nəticəsində Bakı və Abşeron yarımadasının əhalisi daha keyfiyyətli, sağlamlıq üçün təhlükəsiz içməli su ilə təmin olunmuşdur. Görülən bütün bu işlər əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, sanitariya-gigiyena şəraitinin yaxşılaşdırılmasına və ictimai sağlamlığın qorunmasına mühüm töhfə vermişdir. Suvarma imkanlarının genişlənməsi isə kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artmasına və regionlarda iqtisadi fəallığın yüksəlməsinə şərait yaratmışdır. Bütün bunlar bir daha göstərir ki, içməli su və suvarma layihələri təkcə infrastruktur layihələri deyil, eyni zamanda sosial-iqtisadi inkişafın əsas dayaqlarından biridir. Beləliklə, son illərdə bu sahədə həyata keçirilən genişmiqyaslı layihələr uzun illər mövcud olmuş problemlərin həllinə imkan yaratmış, ölkənin su təhlükəsizliyini təmin etmişdir. Dövlətin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində yaradılmış möhkəm infrastruktur gələcək nəsillər üçün də etibarlı əsas formalaşdırmışdır. Bu istiqamətdə görülən işlərin davam etdirilməsi ölkənin dayanıqlı inkişafına və əhalinin rifahının daha da yüksəlməsinə xidmət edəcəkdir.

 

 

 

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki