10 noyabr 2020-ci il Bəyanatının Gücü – İşğalçı Ermənistan Qüvvələrinin Ağdamdan Çıxarılmasının Unikal Siyasi-Strategiyası
10 noyabr 2020-ci il tarixli Bəyanat Azərbaycan tarixində yalnız hərbi qələbənin rəsmi təsdiqi deyil, həm də strateji diplomatiyanın gücünü göstərən dönüş nöqtəsidir. Bu sənədin ən mühüm nəticələrindən biri Ermənistan silahlı qüvvələrinin bir güllə atılmadan, müqavimət göstərmədən Ağdam rayonunu tərk etməyə məcbur edilməsidir. Bu fakt müasir münaqişə tarixində nadir rast gəlinən hadisələrdən sayılır və Azərbaycanın siyasi iradəsinin real gücünü ortaya qoyur.
Ağdamın azad edilməsinin 3 əsas dayağı
- Siyasi iradənin regional gücə çevrilməsi
10 noyabr razılaşması hərbi meydanda qazanılan üstünlüyün diplomatik masada daha böyük nəticələrə çevrilməsinin nümunəsidir. Azərbaycan Şuşanın azad edilməsindən sonra yaranmış güc balansını mahir şəkildə istifadə edərək, Ermənistanı döyüş meydanında deyil, sənəddə Ağdamdan çıxmağa məcbur etdi.
Ağdamın müqavimətsiz qaytarılması Azərbaycanın həm hərbi, həm də psixoloji üstünlüyünün rəsmi etirafı idi.
- Humanitar fəlakətin qarşısının alınması
Ağdam Azərbaycanın ən çox dağıdılan rayonlarından biri olmuşdu. Əgər buranın hərbi əməliyyatlarla azad edilməsi davam etsəydi, rayonun qalan bütün infrastrukturu tamamilə məhv ola bilərdi.
Bəyanatın gücü ondan ibarət idi ki, insan tələfatı və əlavə dağıntılar olmadan ərazi Azərbaycana qaytarıldı. Beləliklə, həm beynəlxalq humanitar hüquq qorundu, həm də regionda gələcək bərpa işlərinə şərait yarandı.
- Ermənistan üçün məcburi, Azərbaycan üçün strateji seçim
Ermənistan ordusu Ağdamda böyük hərbi potensial saxlamasına baxmayaraq, müqavimət göstərməmək məcburiyyətində qaldı. Bunun iki əsas səbəbi vardı:
- Azərbaycan ordusunun Şuşadan sonra tam üstünlüyü ələ keçirməsi
- Dövlətin iradə və diplomatik təzyiq gücünün Ermənistan rəhbərliyində psixoloji sarsıntı yaratması
Beləliklə, Ermənistan tərəfi Ağdamdan çıxmağı müharibəni davam etdirməkdən daha “az itki” hesab etdi. Bu isə Bəyanatın siyasi çəkisini daha da artırdı.
Ağdamın qaytarılması – razılaşmanın ən böyük geostrateji qələbəsi
Ağdam rayonunun xəritədə yerləşməsi onun hərbi-strateji əhəmiyyətini göstərmək üçün kifayətdir. Rayonun azad edilməsi:
- Qarabağın mərkəzinə giriş qapısını açdı;
- Ərazilərin bütövlüyünü təmin edən əsas xəttləri bərpa etdi;
- Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ üzərində nəzarətini gücləndirdi;
- Sonrakı reinteqrasiya prosesinin əsasını qoydu.
Bəyanatın Ağdama aid bəndi Azərbaycan üçün müharibədə qazanılan ən dəyərli diplomatik dividendlərdən birinə çevrildi.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini






















