Ən son xəbərlər:

04.04.2023/16:51/ Şəmkir idmançıları – 1 qızıl, 2 bürünc!

Şəmkir idmançıları – 1 qızıl, 2 bürünc!

20 yaşadək güləşçilər arasında Azərbaycaq çempionatına qatılan idmançılar arasında Şəmkir idmançıları xüsusi fərqləniblər. Artıq yekun vurulan Azərbaycan çempionatının sonuncu yarış günündə yunan-Roma güləşi üzrə 67, 72, 82, 87, 97 və 130 kq-lıq çəki dərəcələrində 96 güləşçi öz qüvvəsini sınayıb.

Eyni çəki dərəcəsində (130 kq) mübarizə aparan Şəmkir idmançıları Ayxan Mərdanov və Məzahim Mərdanov yarımfinalda qarşılaşmalı idilər. Lakin Ayxan zədələndiyi üçün yarışa qatıla bilməyib. Final mərhələsinə vəsiqə qazanan Məzahim Mərdanov isə “Olimpsport” idmançısı Fərid Qazıyevi 8:0 hesabı ilə məğlub edərək kürsünün ən yüksək pilləsinə qalxıb. Ayxan Mərdanov isə bürünc medulla kifayətlənməli olub.

97 kq-lıq çəki dərəcəsində mübarizə aparan Emin Yusifov da bürünc medal uğrunda mübarizədə rəqibi “Spartak”  klubunun idmançısı Məhəmməd Abdullazadəyə 12:5 hesabı ilə qalib gələrək doğma Şəmkirə medalla dönüb.