Ən son xəbərlər:

04.04.2023/16:45/Goranboy rayonunda ağır atletika idman növü üzrə rayon birinciliyi keçirilib

Goranboy rayonunda ağır atletika idman növü üzrə rayon birinciliyi keçirilib.

Goranboy rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Nərimanlı kənd tam orta məktəbinin idman zalında ağır atletika üzrə rayon birinciliyi keçirilib.

Müxtəlif təvəllüd və çəki dərəcələrində 50-yə yaxın idmançının iştirak etdiyi yarış Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq keçirilib və 2023-cü il – “Heydər Əliyev İli”nə həsr edilmiş silsilə ümümrayon tədbirlərin tərkib hissəsidir.

Rayon İcra Hakimiyyətinin məlumatına əsasən gərgin mübarizə şəraitində keçirilən yarışda hər çəki dərəcəsində I, II və III yerləri qazanmış ağır atletçilər

diplomlarla təltif olunub və respublika səviyyəli növbəti yarışlarda mübarizə aparmaq hüququ əldə ediblər.