Ən son xəbərlər:

06.11.2022/15:24/ Türk Dövlətlərinin Bank Assosiasiyaları Şurası yaradıldı

Türkiyədə Türk Dövlətlərinin Bank Assosiasiyaları Şurasının yaradılması haqqında saziş imzalanıb.

Imzalanma mərasimində Türkiyə Banklar Assosiasiyasının (TBA) idarə heyətinin sədri Alpaslan Çakar, «Azərbaycan Banklar Assosiasiyası» ictimai birliyinin prezidenti Zakir Nuriyev, Qazaxıstan Banklar Assosiasiyasının idarə heyətinin sədr müavini Marat Baytokov, Qırğızıstan  Banklar Birliyinin idarə heyətinin sədr müavini  Ənvər Abdrayev, Özbəkistanın Banklar ittiqının xarici əlaqələr üzrə direktoru Tahir Babamuradov iştirak etmişlər.

Bildirilib ki, Qərb və Şərq arasında mərkəzdə yerləşən Türk Dövlətləri Təşkilatına üzv ölkələr yüksək böyümə və inkişaf potensialına malikdirlər və həm region, həm də dünya iqtisadiyyatı üçün yüksək əlavə dəyər təmin edə biləcəklər.

Region təbii enerji, tranzit və logistika mərkəzidir, oraya daxil olan ölkələr isə bir-birini tamamlama rolunu oynayır.

Şura Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hüquqi normalarına, beynəlxalq konvensiyalara və nizamnamələrə uyğun fəaliyyət göstərəcək. Şura çərçivəsində rəqəmsal bankçılığın inkişaf etdirilməsi, iqlim və ekoloji risklərlə mübarizə aparılması, ödəniş ekosistemlərinin inkişaf etdirilməsi planlaşdırılır.

Saziş noyabrın 11-də Səmərqənddə keçiriləcək TDT-nin sammiti ərəfəsində imzalanıb.