Ən son xəbərlər:

04.11.2022/20:57/ Goranboy: Gilan&Knaufun məhsulları xarici bazarlara ixrac olunur

Goranboy rayonunda  fəaliyyət göstərən  Gilan&Knauf  MMC- əsasən gips inşaat piltələri və profil istehsal etməklə məşğuldur. Yeni nəsil texnologiya ilə təchiz olunan bu müəssisədə  192 nəfər işlə təmin olunub.

Müəssisə Almaniyanın peşəkar mexanizm istehsalçıları tərəfindən quraşdırılıb  və müəssisəyə alman mütəxəsisləri tərəfindən servis xidməti göstərilir. Burada çalışan işçilər ixtisaslarını  artırmaq üçün Türkiyə.Ukraina, Rusiya və Azərbaycanda müntəzəm təlimlər keçirlər. Qablaşdırma məhsulları, o cümlədən palet, kalsit və digər məhsullar Azərbaycan istehsalçılarından əldə olunur.

 

Gilan istehsal etdiyi  tikinti materialları daxili bazarla yanaşı xarici bazarlara da çıxarılır.Bu günlərdə Goranboy   RİH-in başçısı Məhərrəm Quliyev Goran qəsəbəsi  ərazisində fəaliyyət göstərən Gilan&Knauf MMC- nin fəaliyyəti ilə yerində tanış olmuş, müəssisənin daha da səmərili işləməsi üçün kollektivin üzvlərinə öz dəyərli məsləhətlərini vermişdir.