Ən son xəbərlər:

23.10.2022/21:28/ La Repubblica: Italiyanın yeni baş naziri Bayden ilə G20-də görüşmək istəyir

Italiya hakimiyyəti nazirlər kabinetinin yeni rəhbəri Corci Meloninin ilk xarici səfərini planlaşdırmağa başladı, bu barəfə La Repubblica nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, Italiyanın baş nazirinin səfər yeri Brüssel olacaq və burada yalnız birliyin rəhbərliyi ilə deyil, NATO-nun baş katibi Yens Stoltenberq ilə də görüşəcək.

Qeyd olunduğu kimi, Italiyanın yeni hökuməti müttəfiqləri Romanın Qərbin kursuna dəstəyini qoruyub saxlamağa, o cümlədən Ukraynadakı münaqişə səbəbindən Rusiyaya təzyiq göstərməyə inandırmaq niyyətindədir. Nəşr göstərir ki, bu şəraitdə Meloni ABŞ prezidenti Co Bayden ilə görüşə ümid edir.

Bununla yanaşı, la Repubblica vurğulayır ki, Romada noyabrda Bali şəhərində keçiriləcək G20 sammiti çərçivəsində , eləcə də Italiya hakimiyyətinin 2023-cü ilin yazına qədər müvafiq səfər təşkil etmək niyyətində oduğu Meloninin Vaşinqtona rəsmi səfəri zamanı tərəflərin söhbət variantı Roma tərəfindən nəzərdən keçirilir..

Bundan əvvəl Italiyanın müdafiə naziri Qvido Krozetto Italiyanın yeni hökumətinin bütün müttəfiqlik,  o cümlədən Ukrayna barəsində olan öhdəliklərini,  yerinə yetirməkdə davam edəcəyini bildirmişdi.