Ən son xəbərlər:

21.10.2022/21:26/ Laçın rayonunda minanın partlaması nəticəsində iki nəfər xəsarət alıb

Azərbaycanın Laçın rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb. «Sputnik Azərbaycan» xəbər verir ki,  vəziyyət Laçının Suarası kəndində baş verib.

Yaralılar müxtəlif dərəcəli xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib. Laçın rayon prokurorluğundan verilən məlumata görə, kişilər kənddə təmir-tikinti işləri aparıblar.