Ən son xəbərlər:

18.10.2022/23:06/ Ərdoğan Azərbaycanı müstəqilliyin bərpası günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını müstəqilliyin bərpası günü münasibətilə təbrik edib. “Qardaş Azərbaycanı 18 oktyabr – Müstəqilliyin bərpası günü münasibətilə təbrik edirəm. Türkiyə dövləti və xalqı adından bütün Azərbaycan xalqına salamlarımı və sayğılarımı çatdırıram “, – deyə Türkiyə liderinin təbrik teleqramında deyilir.

18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Soveti respublikanın müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul etdi. 360 deputatdan 329-u onun lehinə səs verdi. Daha sonra bu qərar ümumxalq səsverməsində də dəstəkləndi. Həmçinin yeni dövlət bayrağı – yarım ay və səkkizguşəli ulduz olan trikolor qəbul edildi. Qanunverici məclisin adı isə Milli Məclis olaraq dəyişdirildi.