Ən son xəbərlər:

18.10.2022/22:40/ Türkiyə Qara dəniz üzərində öz ballistik raketini sınaqdan keçirdi

Türkiyədə yerli istehsal ballistik raket sınaqları keçirilib, Bloomberg öz mənbələrinə istinadən belə yazır. Raket yerli vaxtla saat yeddidə Rize  yaxınlığındakı hava limanından buraxılıb. O, 561 kilometr məsafədə uçub və Sinop limanının sahillərinə enib.

Qeyd olunur ki, həmin rayonda Türkiyə əvvəllər Rusiyadan alınmış S-400 zenit raket komplekslərinin sınaqlarını aparıb. Türkiyə ilk dəfə 2018-ci ilin mart ayında öz ballistik raketlərini sınaqdan keçirib. O zaman kiçik və orta radiuslu «Gökdoğan» raketi və uzaq mənzilli «Bozdoğan» raketi sınaqdan keçirilib.

2022-ci ilin iyul ayında «Gökdoğan» raketi özünüidarəetmə başlığı ilə sınaqdan keçirilmişdi. Hər iki raket bu ilin sonuna qədər silahlı qüvvələrə veriləcək.

Bundan əvvəl Şimali Koreyanın Yaponiya dənizinə doğru iki ballistik raket atdığı bildirilmişdi.