Ən son xəbərlər:

17.10.2022/21:34/ Müharibə veteranları üçün qurulmuş təsərrüfatlara baxış keçirildi

Ölkəmizdə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarının məşğulluğu ilə bağlı işlər prioritet  məsələ hesab edilir. Artıq 15 mindən çox şəhid ailəsi üzvü və veteranın işlə təminatına dəstək verilib.Onların aktiv məşğulluq proqramlarına, 8,6 min şəxsin ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunması  təmin edilib.

Bu günlərdə Samuxda olan  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev özünüməşğulluq proqramı çərçivəsində Vətən müharibəsi veteranları üçün qurulmuş kiçik təsərrüfatlara – Qarayev Fuad Həsi oğlu üçün avtomobil şinlərinin bərpası və təmiri xidmətləri və Quliyev Nihad İlham oğlu üçün avtotəmizləmə xidmətləri üzrə yaradılmış təsərrüfatlara baxış keçirmişlər.

Müharibə veteranları onların sosial vəziyyətinin daim diqqətdə saxlandığına, qayğı ilə əhatə olunduqlarına, müraciətlərinə uyğun olaraq  göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.