Ən son xəbərlər:

17.10.2022/21:19/ Iranın Xarici Işlər Nazirliyi: Qərbdəki iğtişaşlar da ikili standartlarla ölçülür

Indi Qərb iğtişaşları da yaxşı və pis hallara bölür: əgər onlar Iranda baş verirsə, onlara qarşı çıxmaq olmaz, əgər Avropadadırsa, demək pisdir, onlarla mübarizə aparmaq lazımdır “, – deyə Iran Xarici Işlər Nazirliyinin nümayəndəsi Nasir Kanani bildirib.

Fransalı rəsmilərin Irandakı hadisələr və onların Fransadakı işçilərin etiraz və tətilləri ilə bağlı mövqelərini şərh edərkən İran İslam Respublikasının Xarici Işlər Nazirliyinin mətbuat katibi bildirib: “Əvvəllər Avropa ölkələrinin xeyli sayda rəsmisinin açıqlamalarında terrorizmin yaxşı və pis tərəflərə bölüşdürülməsini görürdük. Bu gün isə eyni nöqtədə  üsyanların da yaxşı və pis hallara bölüşdürülməsinə rast gəlirik, “, – deyə Iranın İRNA xəbər agentliyi bildirir.

Kanani digər ölkələrin daxili işlərinə müdaxilə edən dövlətləri rasionallığa çağırıb, həmçinin Iran səfirliklərinin təhlükəsizliyinin təmin edilməsində səhlənkarlığa görə Avropa ölkələrini tənqid edib.